Tarixdə bu gün, 3 oktyabr

Tarixin bugünü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1501780
Tarixdə bu gün, 3 oktyabr

3 oktaybr 1906-cı ildə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 1-ci Radioteleqraf Konqresində "SOS" beynəlxalq fəlakət siqnalı kimi qəbul edilib. 

3 oktyabr 1922-ci ildə Anadoluda Yunanistan ordusunun məğlub edilməsindən sonra Türkiyə, İngiltərə, Fransa və İtaliya arasında Mudanya Konfransı start aldı. 8 gün sonra imzalanan Mudanya sazişi ilə Türk Ordusu ilə Yunan Ordusu arasında atəşkəs elan edilib.

03 oktyabr 1990-cı il tarixində İkinci Dünya müharibəsindən 45 il sonra Şərqi və Qərbi Almaniya birləşdi.

03 oktyabr 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Naxçıvan sazişi ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) qurulub.



Әlaqәli Xәbәrlәr