Tarixdə bu gün: 20 sentyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1493582
Tarixdə bu gün: 20 sentyabr

20 sentyabr 622-ci ildə İslam Peyğəmbəri Hz. Məhəmməd və ən yaxın dostu Hz. Əbubəkir Məkkədən Mədinəyə "hicrət" edib. 9 sentyabrda başlayan köç zamanı bir neçə dəfə ölüm təhlükəsilə qarşı-qarşıya qalan Hz. Məhəmməd Mədinəyə 1 saat məsafədəki Kubaya çatıb. Burada 4 gün qalan Məhəmməd Peyğəmbər  24 sentyabr cümə günü Mədinə şəhərinə daxil olub.

20 sentyabr 1951-ci ildə Türkiyə Atlantik Şurasının dəvəti ilə NATO-ya qoşulub.

20 sentyabr 1984-cü il tarixində Beyrutdakı Amerika səfirliyinə edilən intihar bombası hücumunda ikisi amerikalı olmaqla 23 nəfər ölüb. 60 yaralı arasında ABŞ və İngiltərə səfirləri də olub.

20 sentyabr1988-ci ildə Naim Süleymanoğlu Seul Olimpiya Oyunlarında ağır atletikada 6 dünya rekordu qırıb.



Әlaqәli Xәbәrlәr