Tarixdə bu gün: 18 sentyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1492105
Tarixdə bu gün: 18 sentyabr

18 sentyabr 1956-ci ildə 1926-cı ildən bəri davam edən Efesdəki arxeoloji qazıntılarda dünya miqyasında tanınmış Artemis heykəli gün işığına çıxarıldı. Yunan mifologiyasındakı ilahə Artemisdən fərqli xüsusiyyətlərə sahib olan Efes Artemisi təbiət ilahəsi olaraq çox doğurması, məhsuldarlığı və bərəkətin simvolu kimi tanınıb. Antik Efes şəhərindəki "Artemis Məbədi" də dünyanın 7 möcüzəsindən biridir.

2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu.  1768 kilometr uzunluğundakı neft kəmərindən ilk nəqliyyat isə 2006-cı ildə həyata keçirilib.

18  sentyabr 2005-ci ildə Sovet İttifaqının işğalı və ölkədəki daxili müharibələr səbəbindən uzun müddət siyasi sabitsizliyin hakim olduğu Əfqanıstanda 36 ildən sonra parlament seçkiləri keçirilib.



Әlaqәli Xәbәrlәr