Tarixdә bu gün: 11 sentyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xartırlanır? Qısaca nәzәr salaq.

1488596
Tarixdә bu gün: 11 sentyabr

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xartırlanır? Qısaca nәzәr salaq.

1948-ci ilin 11 sentyabr tarixindә Pakistanın qurucu lideri Mәhәmmәd Әli Cinnah 72 yaşında Karaçi şәhәrindә vәfat edib.

                                           

1973-cü ilin 11 sentyabr tarixindә Çili dövlәt başçısı Salvador Allende general Pinoçet rәhbәrliyindәki ordu tәrәfindәn devrilib. Çevriliş zamanı Allende öldürülüb.

 

2001-ci ilin 11 sentyabr tarixindә ABŞ-ın Nyu York şәhәrindәki Ümumdünya Ticarәt Mәrkәzi ilә Pentaqona sәrnişin tәyyarәsi ilә terror hücumu tәşkil edilib. ''Әl-Qaidә'' terror tәşkilatı tәrәfindәn törәdilәn hücum nәticәsindә 2 min 976 adam ölüb, 6 min 300 adam da yaralanıb. Tarixә ‘’11 sentyabr hücumu’’ olaraq düşәn hadisәdәn sonra ABŞ rәhbәrliyi Әfqanıstan vә İraqın işğalı ilә nәticәlәnәn siyasi vә hәrbi prosesi başladıb.

                                              



Әlaqәli Xәbәrlәr