Tarixdә bu gün: 1 sentyabr
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
1715-ci ilin 1 sentyabr tarixindә taxta oturan vә 72 il әrzindә Fransada hökm sürәn ‘‘Günәş Kralı’’ lәqәbli XIV Lüis 77 yaşında dünyadan köçüb.
1908-ci ilin 1 sentyabr tarixindә müqәddәs torpaqları Osmanlı İmperiyasının paytaxtı İstanbula birlәşdirәn Hicaz dәmir yolunun açılışı olub. İlk qatar İstanbuldan Mәdinәyә hәrәkәt edib.
1939-cu ilin 1 sentyabr tarixindә Adolf Hitlerin rәhbәrliyindәki Almaniyanın Polşaya hücum etmәsi ilә II Dünya Müharibәsi başlayıb. 1945-ci ilәdәk davam edәn müharibә nәticәsindә 40 milyon adam hәlak oldu, milyonlarla adam yaralandı. Müharibәnin 50-ci ildönümündә 1 sentyabr tarixi ‘‘Ümumdünya Sülh Günü’' elan edildi.
1985-ci ilin 1 sentyabr tarixindә amerikalı okeanoqraf Robert Ballard vә komandası 1912-ci ildә batan Titanik gәmisinin qalıqlarını aşkar etdi.
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.