Tarixdə bu gün: 24 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1476416
Tarixdə bu gün: 24 avqust

 

24 avqust 1516-cı ildə Mercidabıq Müharibəsində Yavuz Sultan Səlimin komandanlığı ilə Osmanlı ordusu Memlük ordusuna qalib gəlib. Suriya, Livan və Fələstin Osmanlının idarəçiliyinə keçib.

24 avqust 1572-ci ildə Fransada katoliklər Kral 9-cu Çarlesin əmri ilə silahsız protestanlara hücum edərək on minlərlə insanı öldürüb. Bu hadisə tarixə “Saint Bartolomeu Qətliamı" olaraq keçib. 

 

24 avqust 1991-ci ildə Sovet İttifaqı Mərkəzi Komitəsinin Baş katibi Mixayil Qorbaçov Kommunist Partiyasının ləğvini istəyir və Partiyanın baş katibi vəzifəsindən istefa verir. Həmin gün Estoniya, Latviya və Ukrayna Sovet İttifaqından ayrılıqlarını elan edir.

24 avqust 2016-cı ildə Türkiyə Ordusu Suriyadakı terror qruplaşmaları DEAŞ ve PYD- ye qarşı “Fərat Qalxanı" əməliyyatına başlayıb.



Әlaqәli Xәbәrlәr