Tarixdə bu gün: 13 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1467274
Tarixdə bu gün: 13 avqust

***

  Azərbaycanın görkəmli sərkərdələrindən olan Ağa Məhəmməd şah Qacar 1795-ci ilin bu günü İran taxt-tacına sahib oldu və beləliklə, Qacarlar sülaləsi 1925-ci ilədək İranı idarə etdi.

  Ağa Məhəmməd şah 1797-ci ildə Gürcüstanı tutdu. 1798-ci ildə Qarabağda Şuşa qalasını aldıqdan sonra isə yaxın adamları tərəfindən qətlə yetirildi.

  Fransız yazıçısı Jan Kevr Ağa Məhəmməd şah Qacarın ömür yolundan bəhs edən “Xacə şah” romanını yazıb.

***

  1961-ci ilin 13 avqustundan Berlini ikiyə bölən“Soyuq müharibə”nin simvolu sayılan divar inşa edilməyə başlandı. Uzunluğu 46 kilometr olan Berlin divarı şəhərin şərq və qərbini 30 il boyu fiziki olaraq bir-birindən ayırdı. Alman xalqının faciəvi rəmzi olan bu divar 1989-cu ildə dağıdılanda həm də bütün dünyada sosializm sisteminin parçalanma rəmzinə çevrildi.

***

  13 avqust 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan (Ronald Reagan) "İran-Kontra qalmaqalı" ilə bağlı məsuliyyət daşıdığını rəsmi olaraq qəbul etdi.

  Qeyd edək ki, qalmaqal podpolkovnik Oliver Nortun rəhbərliyi altında olan bir qrupun qeyri-qanuni olaraq İrana Amerika silahlarını satması və əldə edilən gəlirin Nikaraquadakı sosialist hökuməti devirmək üçün mübarizə aparan silahlı qruplara köçürüldüyünün öyrənilməsi ilə ortaya çıxmışdı.

***

13 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Rəhilə Hacıbababəyova 1882-ci ilin bu günü Tiflisdə anadan olub və oradaca Müqəddəs Nina Məktəbini bitirib. Bakıdakı Rus-Azərbaycan Qız Məktəbində pedaqoji fəaliyyətə başlayan Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə paytaxtda Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb açılıb və özü də uzun illər həmin məktəbdə müdir olub. (1882-1954)

***

  Kuba inqilabının rəhbəri, Kuba Dövlət Şurası və Nazirlər Sovetinin sədri Fidel Kastro 1926-cı ilin 13 avqustunda doğulub. 23 yaşında (1949) Havana Universitetinin hüquq fakültəsini, sonra aspiranturasını bitirib.

  Kastro 1952-ci ilin martında Batista diktatirasını devirmək məqsədilə hərbi-siyasi təşkilat yaradıb. Bir il sonra (1953) hakimiyyət orqanları onu 15 il azadlqıdan məhrum edib. Amma 2 il sonra (1955) o, amnistiyaya düşərək həbsdən buraxılıb.  

  Fidel Kastronun rəhbərlik etdiyi partizan müharibəsi nəticəsində 1959-cu il yanvarın 1-də Batista diktaturası devrilib. Həmin ilin fevralından o uzun illər Kuba respublikasının başçısı olub. (1926-2016)

*** 

  Fantastik ədəbiyyatın Jül Vern (Jules Verne) kimi ikinci böyük dahisi olan ingilis jurnalisti və tarixçisi Herbert Corc Uells (Herbert George Wells) 13 avqust 1956-cı ildə 80 yaşında dünyadan köçüb. Onun qələmə aldığı "Zaman maşını", "Dünyalar müharibəsi" və "Gözəgörünməz adam" əsərləri bir çox dilə tərcümə edilib və əsasında filmlər çəkilib. (1866-1956)  

***



Әlaqәli Xәbәrlәr