Tarixdə bu gün: 6 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1466352
Tarixdə bu gün: 6 avqust

***

  1682-ci ilin 6 avqustunda Osmanlı və Avstriya-Macarıstan imperiyaları arasında İkinci Vyana Mühasirəsi ilə nəticələnəcək savaş başladı. Osmanlı ordusu sürətlə yürüdüyü Avstriya torpaqlarını çox qısa müddətdə ələ keçirdi.

***

  6 avqust Boliviya respublikasının istiqlaliyyət günüdür. Cənubi Amerikanın mərkəzi hissəsində yerləşən bu ölkə müstəqilliyini 1825-ci ildə elan edib.

***

  1914-ci ilin 6 avqustundan Birinci Dünya Müharibəsi yayılmağa başladı: Serbiya Almaniyaya, Avstriya-Macarıstan imperiyası isə Rusiyaya müharibəyə qalxdı.

***

  1915-cu ilin 6 avqustunda İngiltərə, Avstraliya və Yeni Zelandiya əsgərləri Türkiyənin Çanaqqala şəhərinin Anafartalar bölgəsində quruya çıxdılar.

***

  1924-cü il 6 avqustundan Türkiyənin quruluşunu müəyyən edən Lozanna Müqaviləsi qüvvəyə mindi.

*** 

  6 avqust 1926-cı ildə Qertrude Ederle (Gertrude Ederle, 1905 - 2003) Manş boğazını üzərək keçən ilk qadın oldu.

***

  1945-ci ildə Amerika Birləşmiş Ştatları Hirosimaya atom bombası atdı. Bu, bəşəriyyət tarixində atom silahının tətbiq edildiyi ilk hadisədir. Nəticədə yüz minlərlə insan həlak oldu, yaralandı və ömürlük xəstəliklərə düçar oldu.

  Atom silahının ağır nəticələrini Yaponiya xalqı bu gün də hiss edir.

***

  6 avqust Yamayka xalqının istiqlaliyyət günüdür.

  Karib dənizində yerləşən bu ada-ölkə 1962-ci ildə müstəqilliyini elan edib. Həmin vaxta qədər isə Yamayka Böyük Britaniyanın müstəmləkəsi olub.

***

  1980-ci ildə Dünya Həkimləri Nüvə Silahına qarşı Təşkilatı 6 avqustu Dünya Həkimləri Sülh Uğrunda Günü elan etdi. Bu beynəlxalq gün 1945-ci il avqustun 6-da Yaponiyanın Hirosima şəhərinə ilk atom bombasının atılması ilə əlaqədardır.

***

6 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Məşhur Azərbaycan şairəsi, “Xan qızı” adı ilə tanınan Xurşudbanu Natəvan 1832-ci ilin bu günü Qarabağda Şuşada xan ailəsində dünyaya gəlib.  

  Azərbaycan klassik ədəbiyyatının ənənələri üslubunda gözəl şeirlər və qəzəllər yaradan Natəvan həm də xeyirxah əməlləri ilə tarixə düşüb. Şuşa su kəməri xətti Natəvanın adı ilə bağlıdır.

  Fransanın tanınmış yazıçısı Aleksandr Düma “Qafqaz səyahəti” adlı xatirələrində Natəvanla görüşləri barədə ətraflı məlumat verib. Şairə fransız qonağa nəfiz əl işləri, yazıçı isə xan qızına xatirə olaraq şahmat bağışlayıb. (1832-1897)

***

  6 avqust Azərbaycan yazıçısı Səməd Ağamalıoğlunun xatirə günüdür.

  1909-cu ildə Qarabağın mərkəzi Şuşada anadan olan Səməd Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Əhməd Ağamalığolunun oğludur.

  Yaradıcılığa gənc yaşlarından başlayan Səməd Ağamalıoğlu Ankara liseyini bitirdikdən sonra Fransanın Strasburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib, 1950, 1954 və 1957-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü olub. (1909-1982)

***

  “Roki” (Rocky) və “Rembo” (Rambo) filmlərilə dünya şöhrəti qazanan Amerika kino aktyoru Silvestr Stalone (Sylvester Stallone) 1946-cı ilin 6 avqustunda Nyu-Yorkda dünyaya gəlib.

***  



Әlaqәli Xәbәrlәr