Tarixdə bu gün: 5 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1466334
Tarixdə bu gün: 5 avqust

*** 

  Yeni yaranan Türkiyə Böyük Millət Məclisi 5 avqust 1921-ci ildə Anadoluda yunan ordusunun irəliləməsinə qarşı Mustafa Kamal Paşanı "Baş komandan" elan etdi və ona 3 ay müddətinə fövqəladə səlahiyyətlər verdi.

***

  1876-cı ilin 5 avqust tarixində İsgəndəriyyə şəhərində əsli Livandan olan Səlim və Bişar Təklə qardaşları “Əl-Əhram”, yəni ehramlar, piramidalar qəzetinin ilk nömrəsini çapdan buraxdılar.

  Ərəbdilli dövri mətbuatın ən uzunömürlü və populyar qəzeti olan “Əl-Əhram”ın tirajı XX əsrin sonlarında 900 minə çatırdı. Hazırda həmin qəzetin redaksiyası Misirin paytaxtı Qahirədə yerləşir.

***

  İkinci Dünya Müharibəsinin gedişində - 1943-cü ilin 5 avqustunda uzun sürən ağır döyüşlərdən sonra Oryol şəhəri faşistlərdən azad olundu.

  Oryol üzərində qələbə bayrağını azərbaycanlı hərbçi, o vaxt yefreytor rütbəsində olan Hüseyn Əjdərov sancıb.

  Qeyd edək ki, Hüseyn Əsgərovun istifadə etdiyi silahlar hazırda Sankt-Peterburq hərbi muzeyində saxlanılır. 

***

  5 avqust 1944-cü ildə Rumıniyadan yola çıxan və faşistlərdən qaçan 383 yəhudini aparan "Mefkure" gəmisi Qaradənizdə naməlum sualtı qayıq tərəfindən batırıldı, 372 nəfər həyatını itirdi.

***

  5 avqust Burkina-Faso Respublikasının Müstəqillik Günüdür.

  Afrikanın qərbində yerləşən və Fransanın müstəmləkəsi olmuş bu ölkə 1960-cı ilin bu günü istiqlaliyyətini elan edib və 1984-cü ilə qədər Yuxarı Volta adlanıb.

***

5 avqustda həm də bu adamlar xatırlanır

  Tanınmış rus rəssamı İlya Repin 1844-cü ilin bu günü anadan olub. Fitri istedadı, müşahidə qabiliyyəti hələ ilk əsərlərində özünü büruzə verib. “Volqa burlakları” onu məşhurlaşdırıb.

  1870-1880-ci ilərdə rəssam özünün ən yaxşı əsərlərini – “Tolstoy”, “Musorski”, “Piraqov”, “Delviq”in portretlərini çəkib.

  İyla Repinin tarixi mövzuda işlədiyi “Çariça Sofiya”, “İvan Qroznı”, “Zaporojielilər türk sultanına məktub yazırlar” əsərləri dünya muzeylərini bəzəyir. (1844-1939)

***

  Böyük Fransa yazıçısı Qi de Mopassan (Henry-René-Albert - Guy de Maupassant) 1850-ci ilin 5 avqustunda doğulub. Əsl adı Anri Rene Albert Qidir.

  31 yaşında (1881) çapdan çıxmış “Taleyin müəssisəsi” novellalar kitabı ilə ədəbiyyata gələn yazıçı 11 illik yaradıcılığı boyu 6 roman, 18 hekayə toplusu, yol qeydləri, pyeslər, məqalələr yazıb. “Gombul”, “Madmuazel Fifi”, “Pyer və Jan”, “Əziz dost”, “Mont Oriol” romanları ona dünya şöhrəti qazandırıb. Əsərləri bir çox dillərə tərcümə edilib, səhnələşdirilib və ekranlaşdırılıb. (1850-1892)

***

  Dünyaşöhrətli azərbaycanlı cərrah, akademik Mustafa Topçubaşov 1895-ci il 5 avqustda anadan olub.

  Orijinal diaqnostik və cərrahi metodlar haqqında təkliflər verən alimin tədqiqatalrı əsasən qarın cərrahiyəsi problemləri və ifrat patologiyaya aiddir. (1895-1981)

***

  5 avqust 1962-ci ildə Amerikanın dünyaşöhrətli aktrisası Merilin Monro (Marilyn Monreo) 36 yaşında həyatını itirdi. Hollivuddakı evində ölü tapılan məşhur ulduzun intihar etdiyi bildirildi. (1926-1962)  

***

  Minlərlə türkü Bolqarıstandan köçə məcbur edən və ölkəsini uzun illər diktatorluqla idarə edən Todor Jivkov 1998-ci ilin bu günü paytaxt Sofyada 87 yaşında öldü. (1911-1998)



Әlaqәli Xәbәrlәr