Tarixdə bu gün: 26 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1461882
Tarixdə bu gün: 26 iyul

***

  26 iyul Liberiyanın İstiqlaliyyət günüdür. Afrikanın qərbində yerləşən bu dövlət 1847-ci ilin bu günü müstəqilliyini elan edib.

  Maraqlıdır ki, Liberiyanın istiqlaliyyəti yerli əhali tərəfindən deyil, azadlığa buraxıldıqdan sonra Amerika Birləşmiş Ştatlarından Liberiyaya köçən qara dərili qullar tərəfindən bəyan olunub.  

***                            

  1945-ci ilin 26 iyulunda İngiltərədə İkinci Dünya Müharibəsindən sonra keçirilən ilk seçkilərdə baş nazir Uinston Çörçilin (Winston Churchil) rəhbəri olduğu Mühafizəkarlar Partiyası uduzdu. İşçi (Fəhlə) Partiyası tarixində ilk dəfə seçkiləri qazandı və ölkənin baş naziri Klement Ettli (Clement Attlee) oldu.

***

  Dünya Bankı Assuan anbarının inşasına maliyyə təminatından imtina edincə Misir prezidenti Camal Əbdünnasir 1956-cı il 26 iyulda Süveyş kanalını milliləşdirdiyini açıqladı.

***

  26 iyul Cənubi Asiyanın Maldiv Respublikasının İstiqlaliyyət günüdür.

  Maldiv xalqı 1965-ci il iyulun 26-da müstəqillik qazanıb. Həmin vaxta qədər isə Böyük Britaniyanın müstəmləkəsi olub.

  İstiqlaliyyət qazandıqdan 3 il sonra – 1968-ci il noyabrın 11-də Maldiv Sultanlığı respublika elan edilib.                

***

  1994-cü il 26 iyulda Azərbaycan prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb.

***

  1999-cu ilin bu günü İtaliyada 32 şəhər və qəsəbə müasir həyatın çətinliklərinə qarşı "Sakit şəhər" layihəsinə başladı.

  30 ölkədə 260-dan çox sakit şəhər müəyyən olundu ki, burada Türkiyənin də 17 rayonu var.  

***  

26 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Böyük ingilis dramaturqu, Nobel ədəbiyyat mükafatçısı Bernard Şou 1856-cı ilin bu günü İrlandiyanın paytaxtı Dublində anadan olub.

  20 yaşında (1876) Londona köçərək jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. 1882-1883-cü illərdə çap olunan “Artistin məhəbbəti” və “Həvəskar sosialist” romanları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanan Bernard Şounun “Piqmalion” pyesi bu gün də dünya teatrlarında uğurla oynanılır. (1856-1950)

***

  26 iyul Azərbaycan yazıçısı İsmayıl Şıxlının xatirəsi yad edilir. İbrətamiz hekayələr, tanınmış romanlar (“Dəli Kür”, “Ölən dünyam”) və sanballı publisistik yazıların müəllifi olan yazıçının “Dəli Kür” romanı dünyanın bir çox xalqlarının dilinə tərcümə edilib. “Azərbaycanfilm” kinostudiyasında həmin əsər əsasında eyniadlı bədii film çəkilib. (1922-1996)

***



Әlaqәli Xәbәrlәr