Tarixdə bu gün: 25 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1459968
Tarixdə bu gün: 25 iyul

***

  Osmanlı padşahı Sultan Səlim Yavuz Misir səfərindən düz 2 il 2 ay sonra – 1518-ci ilin 25 iyulunda paytaxt İstanbula döndü.

  Qeyd edək ki, Osmanlı tarixinin ən uzun hərbi səfəri olan Misir yürüşü nəticəsində imperatorluğun sərhədləri iki qat çox genişlənib.  

***

  1826-cı il 25 iyulda Rusiyanın inqilabi hərəkat tarixində mühüm yer tutan məşhur Dekabristlər üsyanının 5 əsas rəhbəri – Pestel, Muravyov-Apostol, Bestujev-Ryumin, Rılayev və Kaxovski edam edildilər.

***

  25 iyul 1942-ci ildə alman və sovet qoşunları arasında Qafqaz uğrunda döyüşlər başlandı. Hitler ordusu Bakı və Qroznının neft rayonlarını ələ keçirməyə çalışdılar. Lakin onların qarşısını almaq mümkün oldu. 

***

  Papa VI Paulus 1967-ci ilin 25 iyulunda Türkiyəyə qeyri-rəsmi səfərə gəldi. Dövrün ölkə başçısı Cövdət Sunay və baş nazir Süleyman Dəmirəl tərəfindən qarşılanan Papanın Fənər Rum Patriarxlığı olan Afinaqoru (Athenegoras) ziyarət etməsi 913 ildir davam edən katolik-ortodoks kilsələri arasındakı incikliyi sona çatdırdı.

***

  25 iyul 1975-ci ildə Türkiyə, İncirlikdən başqa, bütün Amerika hərbi bazalarına əl qoydu. Bu qərar ABŞ hökumətinin Qıbrız (Kipr) Barış Hərəkatına qarşılıq Türkiyəyə silah və kredit embarqosu qoymasına görə alınmışdı.

  ABŞ-ın 6 oktyabrda embarqoları qaldırması ilə Türkiyə həmin bazaların yenidən istifadəsinə icazə verdi.

*** 

25 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Bu gün Sovet operettasının yaradıcılarından biri olan məşhur rus bəstəkarı İsaak Dunayevskinin xatirə günüdür.

  Xarkov Konservatoriyasını bitirən (1919) bəstəkar bir çox dram əsərinə musiqi yazıb, mahnı-valslar, 4 balet, estrada əsərləri, bir neçə bədii filmə musiqi bəstələyib. (1900-1955)

***

  25 iyul Rusiya və keçmiş SSRİ-nin məşhur estrada müğənnisi, gitara ifaçısı, şair və aktyor Vladimir Vısotskinin xatirə günüdür.

  Daha çox öz şeirlərinə yazdığı yüzlərlə mahnının müəllifi kimi tanınan V.Vısotskinin bir meçə nəsr əsəri də var. O həm də kinoaktyor və rejissor kimi də fəaliyyət göstərib. (1938-1980)

***

  Osmanlı-Türk tarixi üzrə araşdırmaları dünya tərəfindən tanınan Türkiyə tarixçisi professor Xəlil (Halil) İnalcık 2016-cı ilin bu günü 100 yaşında həyatdan köçüb. Əsərləri bir çox xarici dilə tərcümə edilən X.İnalcıkı "Tarixçilərin qütbü" adlandırmışlar. (1916-2016)

***



Әlaqәli Xәbәrlәr