Tarixdə bu gün: 18 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1454330
Tarixdə bu gün: 18 iyul

***

  Son Osmanlı Məclisində qəbul edilən və Birinci Dünya Müharibəsindən sonra Osmanlı dövlətinin sərhədlərini müəyyən edən "Misaki-Milli" 18 iyul 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi tərəfindən də qəbul olundu. Millət vəkilləri "Misaki-Milli" sərhədləri üçün and içdi.

***

  1932-ci ilin 18 iyulunda Türkiyə Millətlər Cəmiyyətinin dəvəti ilə 56-cı üzv olaraq təşkilata daxil edildi.  

*** 

  18 iyul 1996-cı ildə ABŞ-ın Nyu York şəhərindən Parisə uçmaq üçün havaya qalxan sərnişin təyyarəsi Atlantik okeanı üzərində partladı, nəticədə 270 adam həyatını itirdi.  

***

18 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Şərq intibahının görkəmli nümayəndəsi, tanınmış siyasətçi və dövlət xadimi Əbu Əli Həsən ibn Xacə Nizamülmülk 1019-cu ilin bu günü İranın şərqindəki Tus şəhərində anadan olub.

  Alp Arslanın və Məlikşahın vəziri olmuş Nizamülmülkün Səlcuqlar dövlətinin tərəqqisi, möhkəmləndirilməsi, iqtisadi inkişafı, ordunun qüvvətləndirilməsi, elm və mədəniyyətinin yüksəlişində xidmətləri misilsizdir.  

  Nizamülmülkün “Siyasətnamə” əsəri bu gün də bir çox siyasətçi və diplomatın masaüstü kitabıdır. (1019-1092)

***

  Böyük ingilis yazıçısı Vilyam Meykpis Tekkerey (William Makepeace Thackeray) 1811-ci il 18 iyulda Hindistanda dünyaya gəlib. Kembric Universitetini bitirdikdən sonra (1830) uzun müddət səyahət edib, jurnalist və karikaturaçı kimi fəaliyyət göstərib.

  Cəmiyyətdəki sosial və mənəvi-əxlaqi eybəcərliklərin ifşası Tekkerey yaradıcılığının – romanlarının əsas ideya-bədii məzmunudur. (1811-1863)

***



Әlaqәli Xәbәrlәr