Tarixdə bu gün: 17 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1454324
Tarixdə bu gün: 17 iyul

***

  1453-cü il iyulun 17-də Fransanın Kastion (Castillon) şəhərciyi yaxınlığında yüzillik müharibənin son döyüşü baş verdi. Bu döyüşdə hərbi hiylə işlədən fransızlar ingilisləri darmadağın etdilər. Bundan 3 ay sonra Britaniyanın son istehkamı Bordo şəhəri döyüşsüz təslim oldu.

  Britaniya yüzillik müharibədən sonra qitədəki ərazilərindən yalnız Pa de Kale körfəzinin Fransa tərəfdəki liman şəhərini bir əsr özündə saxlaya bildi. 

  Kastion Müharibəsindən sonra 116 ildir döyüşən Fransa və İngiltərə sülh müqaviləsi imzaladı. 

*** 

  17 iyul 1918-ci ildə Yekaterinburqda Ural vilayət şurasının hökmü ilə Rusiyanın sonuncu imperatoru II Nikolay və ailəsi güllələndi.

***

  1936-cı il 17 iyulda İspaniyada respublikaçı hakimiyyətə qarşı çıxan general Frankonun (Franco) rəhbərliyi altında olan ordu ilə hökuməti dəstəkləyənlər arasında İspaniya Vətəndaş Müharibəsi başladı. 

***  

  17 iyul 1945-ci ildə Potstamda SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının (Stalin, Truman və Çörçil) konfransı oldu. İkinci Dünya Müharibəsində qalib gələn ölkələrPotstam Konfransında Avropanı öz nüfuz dairələrinə böldülər. 

*** 

  2014-cü il 17 iyulda Malayziya hava yollarına aid sərnişin təyyarəsi Ukrayna üzərində mərmiylə salındı. Hadisədə 298 adam həyatını itirdi.

*** 

17 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətai 1487-ci ilin bu günü anadan olub.

  Səfəvi imperiyasının yaranması və formalaşmasında həlledici rol oynamış, Avropa və Asiyanın bir çox ölkəsi ilə uğurlu diplomatik əlaqələr qurmuş Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dövlətinin sərhədləri Dərbənddən İran körfəzinədək uzanırdı.

  Həm də Azərbaycan ədəbiyyatının klassiklərindən olan Şah İsmayıl Xətainin əsərləri bu gün də sevə-sevə oxunur və tədqiq edilir. (1487-1524)

***

  Məşhur rus alimi, səyyah, etnoqraf və ictimai xadim Nikolay Nikolayeviç Mikluxo-Maklay 1846-cı il 17 iyulda anadan olub.

  Malaya arxilepaqı, Malakka yarımadası, Okeaniya adaları və Avstraliya səyahətləri zamanı apardığı qiymətli coğrafi müşahidələri indi də dəyərli mənbə kimi istifadə olunur.

  Bir müddət Yeni Qvineyanın şimal-şərq sahilində yaşayan Nikolay yerli əhalinin məhəbbət və etimadını qazanıb.

  Mikluxo-Maklay 1881-ci ildə Yeni Qvineyada müstəqil Papya İttifaqı dövlətinin yaradılması barədə layihə də hazırlayıb.

  Nikolay Nikolayeviç Mikluxo-Maklay səyahətlərinin gündəliyi 1923-cü ildə çap olunub. (1846-1888)

***

  17 iyul Azərbaycanın görkəmli tarixçi-alimi Sara Aşurbəylinin хatirə günüdür.

  19 yaşında (1925) İstanbulda Janna Dark adına Fransız kollecini, 24 yaşında (1930) Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsi, 35 yaşında (1941) Azərbaycan Pedoqoji İnstitutunun xarici dillər fakültəsini bitirən S.Aşurbəyli bir müddət respublikanın ali məktəblərində fransız və ingilis dillərindən dərs deyib (1937-1958).

  Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində və Tarix İnstitutlarında da çalışmış Sara Aşurbəyli əsasən orta əsr Azərbaycan şəhərlərinin tarixini tədqiq edib, “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi” əsərlərini yazıb. O, həm də rəssam kimi fəaliyyət göstərib və Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

  Sara Aşurbəyli 2001-ci ilin bu günü 95 yaşında dünyasını dəyişib. (1906-2001)

***

  Azərbaycanın tanınmış estrada müğənnisi, aktyor, arxitektor, rəssam və xalq artisti Mirzə Babayev 1913-cü ilin 17 iyulunda anadan olub. O, Bakı Sənaye İnstitutunun memarlıq fakültəsi, sonra konservatoriyanın vokal şöbəsini – Bülbülün sinfini bitirib.

  AzərbaycanDövlət Caz Orkestrinin ilk solistlərindən olan Mirzə Babayev Azərbaycan bəstəkarlarının 500-dən çox mahnısını özünəməxsus şəkildə oxuyub, yaddaqalan edib, həm də onlarla filmdə müxtəlif rolları məharətlə ifa edib. (1913-2003)

***



Әlaqәli Xәbәrlәr