Tarixdə bu gün: 13 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1453676
Tarixdə bu gün: 13 iyul

***

  1856-cı il iyulun 13-də Krım uğrunda Rusiya ilə müharibədə qazanılan qələbə şərəfinə İstanbulda möhtəşəm ziyafət təşkil olundu. Bu münasibətlə İstanbul Boğazının (Bosforun) Avropa sahilində Sultan I Əbdülməcidin sifarişi ilə inşa olunmuş Dolmabaxşa sarayının açılış mərasimi keçirildi. Elə həmin vaxtdan bu saray Osmanlı hökmdarlarının baş iqamətgahına çevrildi.

  Qeyd edək ki, Dolmabaxça sarayının tikintisi Osmanlı imperiyasının illik büdcəsinin 3-də 1-i hesabına başa gəlib.

***

  1878-ci ilin 13 iyulunda Avropa Dövlətləri Konqresində Berlin Traktatı imzalandı. Həmin sənədə görə, San-Stefan Sülh Müqaviləsinin şərtləri irəli sürüldü: Serbiya, Rumıniya və Çernoqoriyanın müstəqilliyi təsdiq olundu. Bundan sonra Rumıniya krallığı Avstriya-Macarıstan və Almaniya ilə ittifaq bağladı.

  1881-ci ildə isə serblər Balkan yarımadasında yeni torpaqlar ələ keçirərək Serb, Xorvat və Slovenlər Krallığını yaratdılar. Çernoqoriya da həmin krallığa daxil edildi.  

***

  13 iyul 1915-ci ildə ittifaq dövlətləri Çanaqqala müharibəsinin Seddülbahir cəbhəsində böyük hücuma keçdi. İngiltərə və Fransa qüvvələrinin bu hücumunu Osmanlı-Türk Ordusu çox sayda şəhid verərək dayandıra bildi.  

***

  Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 13 iyul 1918-ci il qərarı ilə Xalq Səhiyyəsi Nazirliyinə hərbi səyyar xəstəxanalar yaradılması tapşırıldı və bunun üçün 50 min rubl kredit ayrıldı. Bu tədbir, ilk növbədə, erməni silahlı birləşmələri ilə döyüşlərdə yaralananlara yüksək səviyyədə tibbi yardım göstərmək ehtiyacı ilə bağlı idi.

***

  1930-cu ilin 13 iyul tarixində Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirildi.

  Dünya çempionatının keçirilməsi üçün bu ölkənin seçilməsi heç də təsadüfi deyildi. Belə ki, Uruqvayın seçmə komandası 1924-cü ildə Parisdə və 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya oyunlarında çempion olmuşdu. Eyni zamanda, həmin il Uruqvay müstəqilliyinin 100 yaşını qeyd edirdi. Xüsusi olaraq dünya çempionatı üçün Montevideoda Sentinario, yəni “yüzillik” adlanan yeni stadion da inşa olundu.

  Uruqvay futbol çempionatında 13 komanda iştirak edib. Meydan sahibləri – Uruqvay futbolçuları bütün görüşlərdə udublar. Final matçında isə Argentina komandasını 4:2 hesabı ilə məğlubiyyətə uğradaraq futbol üzrə ilk dünya çempionu adını qazanıblar. Bu qələbə şərəfinə hər il 31 iyul Uruqvayda milli bayram kimi qeyd edilir.

***  

  13 iyul 2006-cı ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılışı oldu.

***

  2009-cu ilin 13 iyulunda İstanbulda Türkiyə üzərindən Avropa ölkələrinə təbii qaz sövğiyyatı üçün inkişaf etdirilən Nabukko (Nabucco) Müqaviləsi imzalandı.

  “Nabucco” xəttiylə 10 - 23 milyard arası kubmetr təbii qazın Avropaya çatdırılması planlaşdırılmışdı.

***

13 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanda yüksək gərginliklər texnikası və elektrofizika elmi istiqamətinin yaradıcısı və rəhbəri Çingiz Cuvarlı 1913-cü ilin bu günü anadan olub.

  Elektroenergetikanın fiziki-texniki və fundamental problemlərinin işlənilməsində əvəzsiz xidmətləri olan Ç.Cuvarlı onlarla monoqrafiya və dərs vəsaitinin müəllifidir. (1913-2000)

***

  Məşhur "Ulduz döyüşləri" və "İndiana Cons" silsilə filmlərinin tanınmış aktyoru Harrison Ford 13 iyul 1942-ci ildə ABŞ-ın Çikaqo ştatında dünyaya gəlib.



Әlaqәli Xәbәrlәr