Tarixdə bu gün: 11 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1449156
Tarixdə bu gün: 11 iyul

***

  11 İyul Monqolustanın İstiqlaliyyət Günüdür.

  1921-ci ilin bu günü Monqolustanda inqilab qələbə çalıb və ölkə respublika elan olunub.

***

  11 iyul 1947-ci ildə "Truman doktrinası"na əsasən Türkiyə ilə ABŞ arasında ilk hərbi yardım sazişi imzalandı.

  Marşall Planı çərçivəsində başlanan ABŞ hərbi yardımlarının istifadəsinə məhdudlaşdırmalar isə Türkiyənin Kiprə hərbi müdaxiləsinin qarşısını alan “Conson məktubu" ilə dəqiq ortaya çıxdı.

***  

  Çinin qədim paytaxtı Şianda 1974-cü ilin 11 iyulunda 2 min il əvvələ aid gerçək ölçü və döyüş təchizatlı 6 min əsgər skeleti aşkara çıxarıldı. Terrakotta ordusu adı ilə tanın bu "Torpaq əsgərləri"nin ən mühüm xüsusiyyəti birinin digərinə heç bənzəməməsidir.

***

  11 İyul Ümumdünya Əhali Günüdür.

  İkinci Dünya Müharibəsindən sonrakı illərdə demoqrafik proseslərin təşkili göstərir ki, bu müddət ərzində Yer kürəsi əhalisinin dinamikası və strukturunda əhəmiyyətli irəliləyişlər baş verib.

  Əvvəllər müstəmləkə və yarımmüstəmləkə şəraitində yaşayan 200-ədək ölkənin müstəqillik qazanması, artan dövlətlərin sosial, iqtisadi və sənaye cəhətdən inkişaf etməsi, eləcə də şəhər əhalisinin sürətli artması demoqrafik parametrlərin çox dəyişilməsinə gətirib-çıxarıb. (1989)

*** 

  Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Etibarlı bölgə" elan edilmiş Bosniya Herseqovinaya 1995-ci ilin 11 iyulunda Rato Mladiçin tabeliyindəki Serbiya ordusu hücum edərək Srebrenitsa qırğınını törətdi. Təxminən 8 min silahsız müsəlman boşnak qətl edildikdən sonra kütləvi məzarlara basdırıldı.

***

11 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Abbas Səhhətin xatirə günüdür.

  44 yaşında dünyasını dəyişən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair Abbas Səhhətin maarifçilik sahəsində xidmətləri böyük olub. O, bədii əsərlərdən əlavə dərsliklər yazıb, məktəb, kitabxana açıb.

  Vətənin, xalqın taleyi Abbas Səhhət lirikasının əsas mövzusu olub. Əxlaq və tərbiyə məsələləri uşaqlar üçün yazdığı əsərlərin leytmotividir. (1874-1918)

***

  11 iyul görkəmli Azərbaycan sənətkarı, kinooperator və rejissor Rasim Ocaqovun xatirə günüdür.

  Kino sahəsinə operator kimi gələn (“Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Mən rəqs edəcəyəm”) Rasim Ocaqov 41 yaşından (1974) ömrünün sonunadək rejissor kimi fəaliyyət göstərib və qısa müddətdə yaratdığı bədii filmlərlə böyük uğurlar qazanıb (“Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət” və s.). (1933-2006)

***



Әlaqәli Xәbәrlәr