Tarixdə bu gün: 9 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1448889
Tarixdə bu gün: 9 iyul

***

  1357-ci ildə Praqada kral IV Karl Vltava çayı üzərindən Taclı körpü saldırdı. Görkəmli çex memarı və heykəltaraşı Pyotr Parlerj tərəfindən inşa edilən bu körpü şəhərin ən məşhur memarlıq abidələrindəndir. 1683-cü ildə Taclı körpünün hər iki tərəfində Praqanın tarixini nümayiş etdirən heykəllər qoyuldu.

***

  Astronom və riyaziyyatçı İohan Kepler (Johannes Kepler) o zamana qədər Günəş Sistemində təsbit edilən 6 planetin orbitləri haqqında ən doğru məlumatları ehtiva edən "Kainatın sirri" məşhur əsərini 1595-ci ilin 9 iyulunda çap etdirdi.  

***

  Rusiya və Osmanlı dövlətləri arasında imzalanan Kiçik Qaynarca müqaviləsi ilə müstəqilliyə qovuşmuş Krım 1783-cü ilin 9 iyulunda  Rusiyanın işğalına məruz qaldı. Rusiya əsgərləri 2 ay içində minlərlə adamı öldürdü, Krımın müsəlman-türk əhalisinin böyük bir hissəsini silah gücünə köç etdirdi.

***

  9 İyul Argentinanın İstiqlaliyyət Günüdür.

  Argentina 1530-cu ildən İspaniyanın müstəmləkəsi olub, 17-ci əsrin əvvəllərində isə ərazisi La-Plata qubernatorluğu adlanıb.

  1810-cu ildə İspaniya ağalığı əleyhinə başlayan üsyan 1816-cı ildə qələbə və müstəqilliklə bitib.

***

  1919-cu il iyulun 9-da Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti tərəfindən Xarici İşlər Nazirliyi Katibliyinin yaranması ilə bağlı təlimat qəbul olunub.  

  Azərbaycan prezidentinin 2007-ci il sərəncamı ilə 9 İyul Azərbaycan Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı olaraq qəbul edilib.

***

  1942-ci il 9 iyulda general Montqomerinin başçılıq etdiyi ingilis qoşunları Almaniya və İtaliyanın Misirdə birləşmiş qüvvələrinə qarşı döyüşə başladı. Savaş zamanı Avstraliya diviziyası ingilislərin köməyinə çatdı. Əl-Əlameyn şəhəri yaxınlığındakı həmin döyüş almanların məğlubiyyəti ilə nəticələndi.

  Sonradan general Montqomeri qələbə şərəfinə döyüşün baş verdiyi Əl-Əlameyn şəhərinin adını özünə təxəllüs götürdü.

*** 

  9 iyul 1991-ci ildə Cənubi Afrika irqçilik rejiminə son qoyacağını elan edincə ölkənin 30 illik fasilədən sonra olimpiada yarışlarına qatılmasına icazə verildi.

*** 

9 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan klassik ədəbiyyatı və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər 1821-ci ilin bu günü Göyçə mahalında anadan olub.

  Yaradıcılığında klassik ədəbiyyatın və 19-cu əsr aşıq sənətinin ən yaxşı xüsusiyyətlərini birləşdirən Aşıq Ələsgər təkcə Azərbaycan deyil, bütün Qafqazda ustad sənətkar kimi tanınıb.

  Aşıq Ələsgər yaradıcılığı indiyədək gənc şair və aşıqlar üçün bir məktəb olaraq qalır. (1821-1926)

***

  Dünyaşöhrətli alim, akademik, bir sıra xarici akademiya və elmi cəmiyyətlərin üzvü, SSRİ Dövlət və Nobel mükafatları laureatı Pyotr Kapitsa 1894-cü il 9 iyulda doğulub.

  Kapitsa atomların maqnit məqamının təyini, ifrat güclü maqnit sahəsinin alınması üçün üsul verib, axıcılığı kəşf edib. (1894-1982)

***

  9 iyul Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri, milli teatrın yaranmasında əvəzsiz xidmətləri olan Nəcəf bəy Vəzirovun xatirə günüdür.

  N.Vəzirov 1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabi ilə birlikdə Mirzə Fətəli Axindovun “Vəziri-xani-Lənkəran” komediyasını Bakıda tamaşaya qoyub.

  Öz dram əsərlərində 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin həyatını parlaq boyalarla əks etdirən Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesi Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur. (1854-1926)

*** 

  9 iyul həm də geologiya-minerologiya üzrə Azərbaycan alimi, professor Həsən Əhmədovun xatirə günüdür. Yerin dərin qatlarının öyrənilməsi, Azərbaycanda mezozoy qatlarının neftlilik-qazlılıq problemlərinin tədqiqi, yeni neft yataqların açılması və elmi kadrların hazırlanmasında akademik Həsən Əhmədovun xidmətləri böyükdür. (1906-1984)

***


Etiketlәr: #yeni neft yataqları , #Azərbaycanda mezozoy qatlarının neftlilik-qazlılıq problemlərinin tədqiqi , #Yerin dərin qatlarının öyrənilməsi , #Həsən Əhmədov , #geologiya-minerologiya üzrə Azərbaycan alimləri , #Azərbaycan milli teatrı yaranması , #Nəcəf bəy Vəzirov , #Azərbaycan dramaturgiyası görkəmli nümayəndələri , #ifrat güclü maqnit sahəsinin alınması , #atomların maqnit məqamının təyini , #Pyotr Kapitsa , #Aşıq Ələsgər yaradıcılığı , #19-cu əsr aşıq sənəti ən yaxşı xüsusiyyətləri , #Aşıq Ələsgər - Göyçə mahalı , #Azərbaycan klassik ədəbiyyatı və aşıq poeziyası nümayəndələri , #Cənubi Afrika irqçilik rejiminə son , #ingilis qoşunları Almaniya və İtaliyanın Misirdə birləşmiş qüvvələrinə qarşı , #general Montqomeri - Əl-Əlameyn döyüşü , #9 İyul Azərbaycan Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı , #İspaniya ağalığı əleyhinə üsyanlar , #La-Plata qubernatorluğu , #İspaniya müstəmləkələri , #9 İyul Argentina İstiqlaliyyət Günü , #Krım müsəlman-türk əhalisi köç , #Krım 1783 Rusiyanın işğalı , #Rusiya və Osmanlı dövlətləri - Kiçik Qaynarca müqaviləsi , #Kainatın sirri , #Günəş Sistemində təsbit edilən 6 planetin orbitləri haqqında , #İohan Kepler (Johannes Kepler) , #Karlov körpüsü - Praqa , #Praqa ən məşhur memarlıq abidələri , #Pyotr Parlerj , #çex memar və heykəltaraşları , #Praqa - kral IV Karl - Vltava çayı - Taclı körpü , #Tarixdə bu gün: 9 iyul

Әlaqәli Xәbәrlәr