Tarixdə bu gün: 2 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1446405
Tarixdə bu gün: 2 iyul

*** 

  1570-ci il iyulun 2-də Osmanlı donanması Venesiyanın hakimiyyəti altında olan Kipri ələ keçirmək üçün adaya hərbi qüvvə göndərdi. 13 ay davam edən döyüşdən sonra Kipr 1 avqust 1571-ci ildə alındı və 300 il boyu Osmanlı imperiyasının tərkibində qaldı.

***

  1918-ci ilin bu günü Azərbaycan Demokratik Cümhuriyyətinin hökumət qərarı ilə ölkədə asayişin qorunması məqsədilə polis qüvvələri yaradıldı. Bu münasibətlə respublikada 2 İyul Azərbaycan Polis İşçiləri Günü olaraq qəbul edilib. 

***

  1976-cı il 2 iyulda Şimali Vyetnam Sayqon rejimi üzərində tam hakimiyyət qazandı, ölkənin şimalı ilə cənubunu birləşdirdi, paytaxtı Hanoya köçürdü.

*** 

  1990-cı il iyulun 2-də Səudiyyə Ərəbistanının Mina ziyarətgahında şeytan daşlamağa gedən hacı namizədlər tuneldə sıxışdı. Çıxan izdihamda 609-u Türkiyə vətəndaşı olmaqla 1426 nəfər həyatını itirdi.

***                                          

2 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Dünyada uzaqgörmələrilə ilə məşhur olan və adı əsrləri adlayan münnəcim və loğman, Nostradamus təxəllüsü ilə tanınan Mişel de Notrdam 1566-cı ilin bu günü 63 yaşında həyatdan köçüb. (1503-1566)

***

  İntibah dövrü incəsənətində yeni meyllərin banisi, dünya musiqi mədəniyyətinə opera sahəsində həyata keçirdiyi islahatlarla daxil olan Avstriya bəstəkarı Kristof Qlyuk 1714-cü il 2 iyulda anadan olub. (1714-1787)

***

  "Bərabərlik, azadlıq, qardaşlıq" şüarıyla 1789-cu il Fransa İnqilabına ilham mənbəyi olmuş məşhur filosof və yazıçı Jan Jak Russo (Jean-Jacques Rousseau) 1778-ci ilin bu günü 66 yaşında dünyadan köçüb. (1712-1778)

***

  İngilis fiziki Henri Breqq 1862-ci ilin 2 iyulunda anadan olub.   

  London Kral Cəmiyyətinin prezidenti (1934-1940) olmuş alim kimyəvi elementlərin xarakterik şüalanmasının spektral tərkibini və kristalların quruluşunu tədqiq edib. Bu sahədə uğurlarına görə 1915-ci ildə oğlu Lourens Breqlə birlikdə Nobel mükafatına layiq görülüb. (1862-1942)

***

  Tanınmış heykəltaraş Pinxos Sabsay 1893-cü il iyulun 2-də dünyaya gəlib.  

  Odessa Rəssamlıq MəktəbiSankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil almış P.Sabsay 1940-cı ildə Azərbaycan Rəssamlıq Məktəbində heykəltaraşlıq şöbəsinin yaradılmasının təşəbbüsçüsü və rəhbəri olub.

  Mirzə Fətəli Axundzadənin Bakıdakı abidəsi Pinxos Sabsayın ilk monumental əsəridir. (1893-1980)

***

  2 iyul məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin xatirə günüdür.  

  Heminqueyin ilk əsərlərinin əsas mövzusu müharibə və bunun nəticəsində itirilmiş nəslin taleyidir.

  1936-1939-cu illərdə İspaniyada azadlıq mübarizəsində iştirak etmiş yazıçı “Əlvida, silah”, “Kilimancaronun qarları” romanları, “Qadınsız kişilər”, “Bizim zəmanəmizdə” hekayələr kitablarında ictimai-siyasi və mənəvi-əxlaqi problemləri, müharibənin insanlara vurduğu amansız yaraların təsirinə geniş yer verib. O, “Qoca və dəniz” povestinə görə Nobel mükafatına layiq görülüb. 

  Ernest Heminquey 1961-ci ilin bu günü ömrünü 62 yaşında intiharla başa vurub. (1899-1961)

***



Әlaqәli Xәbәrlәr