Tarixdə bu gün: 30 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1443393
Tarixdə bu gün: 30 iyun

*** 

  1908-ci il 30 iyunda Rusiyanın Sibir bölgəsindəki Tunquska çayı yaxınlığında atmosferə girən asteroid havada partladı. 800 kilometr məsafədən görünən partlayışın yaratdığı seysmik dalğalar hətta Avropa qitəsinə qədər gedib-çıxdı.

***  

  30 iyun 1934-cü ildə Almaniya kansleri təyin edilən Adolf Hitler ordu və sənayeçilərin dəstəyini almaq üçün Nasist Partiyasının içindəki müxalifəti "Uzun bıçaqlar gecəsi" adı ilə “təmizlədi”. Hitler hətta yaxın yoldaşı olan SA-nın başçısı Ernst Roehm və Nasist Partiyasının paramiliter təşkilatı olan SA-nın bütün idarəçilərini həbs etdirərək öldürtdü.

***

  30 iyun Zair xalqının, Konqo Demokratik Respublikasının istiqlaliyyət günüdür.

  Zair 1960-cı ilin bu günü müstəqilliyini elan edib. O vaxt bu ölkə Konqo Demokratik Respublikası adlanırdı. 1961-ci ildə Mobutu hakimiyyətə gəldikdən sonra paytaxtı Kinşasa olan bu ölkə Zair adlandırıldı. Mobutu hakimiyyəti devrikdikdən sonra Zair Konqo Demokratik Respublikası adını bərpa etdi.

  Afrikanın mərkəzində yerləşən Konqo Demokratik Respublikasının sahəsi 2 milyon 345 min 410 kvadrat km., əhalisi 44 milyondan çoxdur. Ölkədə 200-dən çox etnik qrup yaşayır.

  Konqo Demokratik Respublikasının dövlət dili fransız, quruluşu prezident üsuli-idarəsidir.

***  

  “Soyuz 11” kosmik gəmisi ilə fəzaya uçan və 22 gün kosmosda qalan sovet kosmonavtları Vladislav Volkov, Georgi Dobrovolski və Viktor Patsayev 30 iyun 1971-ci ildə Yür kürəsinə qayıdarkən eniş modulundakı havanın boşalması səbəbindən boğularaq həyatlarını itirdilər. Bu, kosmosdakı ilk ölüm hadisəsi olaraq tarixə düşdü.

*** 

  ABŞ-ın İraq işğalından sonra tutulan ölkə başçısı Səddam Hüseyn və Baas hökumətinin 11 ali səlahiyyətlisi 2004-cü ilin 30 iyununda ilk dəfə hakim qarşısına çıxdı. Səddam Hüseyn elə ilk ifadəsində bu məhkəmənin onu mühakiməetmə səlahiyyətinə malik olmadığını söylədi.  

***

30 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın tanınmış tarzəni, Sadıqcan məktəbinin davamçısı, pedaqoq Mirzə Mansur 1887-ci ilin bu günü anadan olub.

  Azərbaycan muğamlarının mahir ifaçısı və muğam nəzəriyyəçisi Mirzə Mansurun 1936-cı ildə çalğısı əsasında “Rast”, “Zabul”, “Dügah” muğamları nota alınıb. (1887-1967)

***

  30 iyun Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi xadimlərindən olan general-mayor Firudin Vəzirovun xatirə günüdür.

  1850-ci ildə Tiflisdə dünyaya gələn Firudin 18 yaşında (1868) Yelizavetqrad Hərbi Süvari Məktəbini bitirib, çar ordusunda xidmət etdiyi dövrdə ən yüksək mükafatlara layuq görülüb.

  Azərbaycan müstəqlliyik qazandıqdan sonra 1919-cu ildə Bakı şəhər komendantı vəzifəsinə təyin olunub.

  Firudin Vəzirov 1925-ci ilin bu günü bolşeviklər tərəfindən tutularaq güllələnib. (1850-1925)

***  



Әlaqәli Xәbәrlәr