Tarixdə bu gün: 29 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1443387
Tarixdə bu gün: 29 iyun

***

  1881-ci ilin bu günü sudanlı xarratın oğlu Məhəmməd Əhməd ibn Abdulla kəndlilər və köçərilər arasında böyük nüfuza malik olmasından istifadə edərək özünü Mehdi Sahib-əz-Zaman elan etdi. Bununla da əvvəllər dərvişliklə məşğul olan Məhəmməd Mehdi Sudanda misirlilərin və ingilislərin hakimiyyətinə son qoymaq uğrunda mübarizəyə başladı. İlk vaxtlar Mehdi tərəfdarları, demək olar ki, silahsız idilər. Sonradan İngiltərə-Misir cəza dəstələrini darmadağın edərək, 1885-ci ildə Xartum da daxil olmaqla, bütün olkəni ələ keçirdilər. Məhəmməd Əhməd ibn Abdullatif xəstəliyindən həlak oldusa da, qiyam davam etdi. İngilislər ölkəyə yayılan üsyanı yalnız 3 il sonra yatıra bildilər.   

*** 

  Birinci Balkan Müharibəsində Osmanlı imperiyasından ələ keçirdikləri torpaqları paylaşa bilməyən Bolqarıstan, Yunanıstan, Serbiya və Rumıniya arasında 1913-cü ilin 29 iyununda İkinci Balkan Müharibəsi başladı. Osmanlı ordusu vəziyyətdən yararlanaraq Bolqarıstanın itirdiyi Ədirnə və Kırklarelini geri aldı.

***

  29 iyun 1939-cu ildə Müstəqil Hatay Dövlət Məclisi son iclasını keçirərək yekdilliklə Türkiyəyə qatılma qərarını verdi.  

***

  1991-ci il iyunun 29-da Cənubi Afrika Respublikasının parlamenti aparteidə məxsus torpaqlar və irqi qrupların ayrılıqda yaşaması haqqında qanunların bir hissəsini ləğv etdi. Bununla da yeni Cənubi Afrika ölkəsində irqi bərabərlik cəmiyyətinin yaradılması yolunda ilk addım atıldı.  

***

  Minlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatının başçısıAbdullah Öcalan 1999-ci ilin 29 iyununda İmralı adasında keçirilən məhkəmədə “Vətənə xəyanət” maddəsiedama məhkum edildi. Öcalanın cəzası Avropa İttifaqı uyğunlaşma qanunlarına əsasən ağırlaşdırılmış ömürlük həbslə əvəz olundu.  

***

29 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent Ekzüperi 1900-cü ilin bu günü dünyaya gəlib.

  XX əsr Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən olan Sent Ekzüperi 1921-1923-cü illərdə orduda xidmət edib, Şimali Afrika və Cənubi Amerikada pilot, sınaqçı-təyyarəçi və aerodrom rəisi işləyib. Böyük Səhra, Atlantik okeanı və Cənubi Amerika üzərindən yeni hava yollarının açılmasında Antuan de Sent Ekzüperinin böyük xidmətləri olub.

  Yazıçı “Gecə uçuşu” romanı və “Adamların planeti” povestində poçt daşıyan təyyarəçilərin həyatından, “Kiçik şahzadə” alleqorik povestində isə insan mənəviyyatının gözəlliyindən bəhs edir.

  Antuan de Sent Ekzüperi 1944-cü ildə kəşfiyyat uçuşu zamanı naməlum şəkildə yoxa çıxıb. (1900-1944)

***

  Azərbaycanın tanınmış şairəsi Nigar Rəfibəyli 1913-cü il 29 iyunda Gəncədə anadan olub. Görkəmli şair Rəsul Rzanın həyat yoldaşıqüdrətli yazıçı Anarın anası olan Nigar Rəfibəyli yaradıcılığının səciyyəvi cəhətləri təbiətin vəsfi və vətənpərvərlik ideyalarının tərənnümüdür. (1913-1981)

***



Әlaqәli Xәbәrlәr