Tarixdə bu gün: 19 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1433945
Tarixdə bu gün: 19 iyun

***

  1920-ci il iyunun 19-da Azərbaycan Demokratik Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski Tiflisdə daşnak terrorçularının sui-qəsdi nəticəsində qətlə yetirildi.

  Azərbaycanlıların böyük hörmət və məhəbbətlə Xan Xoyski adlandırdığı Fətəli xan 1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycana müdaxiləsindən sonra Tiflisə mühacirət etmişdi.  

***  

  19 iyun Küveyt xalqının istiqlaliyyət bayramıdır. 1961-ci ilin bu günü müstəqilliyini bəyan edən Küveyt o vaxta qədər Böyük Britaniyanın protektoratı idi.  

***                  

  1978-ci il iyunun 19-da karikaturaçı Cim Devis (Jim Davis) dünyanın ən məşhur pişiyi "Garfield"i dünyaya tanıtdı.

  Qarfild 2007-ci ilə qədər 2580 qəzetdə əks olunmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

***  

  19 iyun 2000-ci ildə İngiltərənin Dover limanında bir yük maşınında (TIR) qanunsuz olaraq ölkəyə girməyə çalışan 58 çinlinin cəsədi tapıldı. Çinli qaçqınların havasızlıqdan boğulduqları açıqlandı.

***

  2012-ci il 19 iyunda İsveçdə tutulan “Wikileaks”in qurucusu Culian Assanj (Julian Assange) Ekvadorun Londondakı səfirliyinə sığındı və siyasi sığınacaq istədi. 7 il boyu səfirlikdən çıxmayan Assanjın Ekvador immiqrant müraciəti rədd edilincə isə o, 2019-cu ildə İngiltərə polisi tərəfindən tutularaq həbs olundu.  

***

19 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Tanınmış fransız riyaziyyatçısı, fizik və filosof Blez Paskal 1623-cü ilin bu günü Klermon-Ferran şəhərində dünyaya gəlib. Fizika sahəsində tədqiqatları əsasən hidrostatistikaya aiddir.  

  1653-cü ildə sonralar müəllifin öz adı ilə adlanacaq Paskal qanunu - mayeyə təzyiqin bərabər və dəyişməz verilməsi qanununu kəşf edib. Təzyiqin ölçü vahidi də Paskalın adını daşıyır. (1623-1662)  

***                  

  Azərbaycanın görkəmli teatr və kino sənətkarı, xalq artisti Möhsün Sənani 1900-cü il 19 iyunda Tiflisdə anadan olub.

  Geniş diapazonlu aktyor, xarakterik və komik rolların mahir ifaçısı Möhsün Sənani həm də kino aktyoru kimi məşhurdur. (1900-1981)

***



Әlaqәli Xәbәrlәr