Tarixdə bu gün: 12 iyun
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?


***
12 iyun Filippin respublikasının milli bayramıdır.
1898-ci ilin bu günü İspaniya əsarətindən ayrılaraq müstəqilliyini elan edən Filippin bir qədər sonra Amerika Birləşmiş Ştatlarının hakimiyyəti altına düşdü. 1946-cı il iyulun 4-də Filippin öz istiqlaliyyətini ikinci dəfə elan və bərpa etdi.
***
Osmanlı Sultanı Yavuz Səlim Çaldıran döyüşündən sonra 1515-ci ilin 12 iyununda Turnadağ döyüşündə Dulkadiroğlu Bəyliyini (knyazlığı) da məğlubiyyətə uğratdı.
***
1918-ci ilin 12 iyun tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin Batumda olan xarici işlər naziri Məhəmmədhəsən Hacinski Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəyə göndərdiyi məktubda yazırdı:
“Rusiya inqilabı nəticəsində Azərbaycan hökuməti böyük çətinliklərə məruz qalır. Ölkənin çox hissəsində üsyan qaldırmış bolşeviklər Bakını ələ keçiriblər. Bununla əlaqədar hərc-mərclik bizi rahat buraxmır.”
Məhəmmədhəsən Hacinski bolşeviklərə qarşı mübarizədə Türkiyənin hərbi yardımını vacib hesab edirdi.
***
1919-cu ildə Qurtuluş Savaşını başlamaq üçün Samsuna gələn Mustafa Kamal Paşa iyunun 12-də Havzadan Amasiyaya keçdi.
***
12 iyun 1924-cü ildə Atatürkün təlimatı ilə Türkiyənin ilk ekperimental (araşdırma) xəstəxanası olan Heybeliada xəstəxanası açıldı.
***
1940-cı ilin 12 iyununda Türkiyənin o zamankı baş naziri İsmət İnönünün rəhbərliyilə toplanan hökumət Türkiyənin İkinci Dünya Müharibəsində iştirak etməyəcəyi və bitərəf qalacağı ilə bağlı qərarını açıqladı.
***
12 iyun 1967-ci ildə SSRİ (keçmiş Sovet ittifaqı) "Venera 4" kosmik gəmisini Venera planetinə göndərdi.
***
Rusiya 1990-cı ilin 12 iyun tarixində rəsmi olaraq müstəqilliyini elan etdi.
***
12 iyun 2000-ci ildə Türkiyənin ilk kosmos düşərgəsi olan "Uzay Kampı Türkiye" açıldı.
***
Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP 2018-ci ilin 12 iyununda açıldı.
***
12 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Qədim gürcü knyazı nəslindən olan rus generalı Pyotr Baqration 1765-ci ilin bu günü anadan olub.
O, Suvorovun İtaliya və İsveçrəyə hərbi yürüşlərində iştirak edib, 1805-1807-ci illərdə Fransa ilə müharibədə fərqlənib, sonralar Rusiya-İsveç müharibəsində Aland eskpedisiyasına, Rusiya-Türkiyə müharibəsində isə Moldova ordusuna komandanlıq edib.
1812-ci ildə Borodino döyüşündə rus ordusunun sol cinahının komandiri olan Baqration ağır yaralanaraq həlak olub. (1765-1812)
***
Azərbaycanın tanınmış teatr və kino aktyoru Hacıbaba Bağırov 1933-cü ilin 12 iyununda Bakıda dünyaya gəlib.
“Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Hacıkərimin aya səyahəti”, “Ulduz”, “Qaynana”, “Hicran” tamaşaları və bir sıra filmlərdə özünəməxsus komik obrazlar yaradıb. (1933-2006)
***
Әlaqәli Xәbәrlәr

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 aprel 2022)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...