Tarixdə bu gün: 11 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1431066
Tarixdə bu gün: 11 iyun
Hökumə Qurbanova.jpg

 ***

  11 iyun 1868-ci ildə Türkiyənin Qızıl Aypara təşkilatı – "Osmanlı yaralı və xəstə əsgərlərə yardım cəmiyyəti" adı ilə bir qrup könüllü həkimin səyi ilə döyüşdə yaralanan əsgərlərə ayrı-seçkilik etmədən kömək məqsədiylə quruldu.

  Sonradan Mustafa Kamal Atatürk təşkilata Türk Kızılayı adını verdi.

***

  Osmanlı dövründə 31 Mart Üsyanını basdıran Hərəkat Ordusunun komandiri, sədrəzəm (vəzir) və hərbi nazir Mahmud Şevket Paşa 1913-cü ilin 11 iyununda sui-qəsd nəticəsində öldürüldü.

***

  11 iyun 1937-ci ildə Türkiyənin dövlət başçısı Atatürk Trabzonda etdiyi çıxışında bütün ferma və mallarının xalqa bağışlandığını elan etdi.

*** 

  1948-ci il 11 iyunda Amerika Birləşmiş Ştatları başqa ölkələrin problemlərinə daxilolmama ilə bağlı 125 illik “Monro (Monroe) doktrinası"ndan imtina edərək dünya siyasətinə aktiv qoşulma qərarı aldı.

  Amerika Konqresi "Vandenberq siyasəti" adı verilən yeni doktrina ilə ABŞ prezidentinə regional və qlobal müqavilələrə müdaxilə səlahiyyəti verdi. İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının yayılma siyasətinə mane olmağı hədəfə alan bu qərar NATO-nun qurulmasına gedən yolu açdı.

***

  2004-cü ilin 11 iyununda Elvan Abeylegesse “Qoldan League” yarışmasında Norveçin Bergen şəhərində qaçdığı 5000 metrlik marafonda 14:24.68 dərəcəsiylə 7 ildir dəyişməyən 5000 metrlik dünya rekordunu qıran ilk türk atleti oldu.

***

11 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünyanın ən böyük fatehlərindən biri, Şərqdə daha çox İsgəndər Zülqerneyn kimi tanınan Makedoniyalı İsgəndər eramızdan əvvəl 323-cü ilin bu günlərində 33 yaşında Babil şəhərində vəfat edib.

  E.ə. 336-cı ildə hakimiyyətə gələn İsgəndər 334-cü ildə Əhəmənilər sülaləsindən olan III Daraya qarşı müharibəyə başlayıb və Aralıq dənizindən – Balkanlardan, Misir və Hindistanadək böyük bir ərazini ələ keçirib. Bundan sonra vətənə qayıdarkən Babilistanda xəstəliyə tutulub və dünyadan köçüb.  

  Dahi Azərbaycan şairi Nizami Gəncəvi onun şərəfinə “İsgəndərnamə” poemasını qələmə alıb. (e.ə.356 - e.ə.323)

***

  Alman bəstəkarı Rixard Ştraus (Richard Strauss) 1864-cü ilin bu günü anadan olub.

  Ştrausun “Ölüm və aydınlaşma”, “Zərdüşt belə deyirdi” səhnə əsərlərinə yazdığı musiqilər, “Solomeya”, “Elektra”, “Qızılgül kavaleri” operaları, “Don Juan”, “Don Kixot” simfonik poemaları və digər irihəcmli simfonik əsərləri bu gün də dünya musiqiçilərinin repertuarındadır. (1864-1949)

***

  11 iyun Cənubi Azərbaycan inqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı, publisist Seyid Cəfər Pişəvərinin xatirə günüdür. 

  1892-ci ildə Cənubi Azərbaycanın Xalxal vilayətində dünyaya gələn Seyid Cəfər 13 yaşında (1905) ailəsi ilə Bakıya köçüb, sonralar Xırdalanda müəllimlik edib. 1920-ci ilin may ayında İrana qayıdan Pişəvəri orada Gilan Respublikası Müvəqqəti Hökumətinin xarici işlər komissarı olub. İsfahanda fəhlə tətillərinə başçılıq edib, 1930-cu ildə həbsə alınaraq “Qəsri-Qacar” zindanına salınıb.

  1945-ci ildə Azərbaycan Demokrat Firqəsini yaradan Seyid Cəfər onun Mərkəzi Komitəsinin sədri seçilib. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatının qələbəsindən sonra Təbrizdə hökuməti qurub və baş nazir təyin edilib. Hərəkatın süqutundan sonra yenidən Bakıya qayıdan Seyid Cəfər Pişəvəri 1947-ci ilin bu günü Bakıda müəmmalı şəkildə həlak olub. (1892-1947)

***

  Azərbaycanın görkəmli səhnə xadimi Hökumə Qurbanova 1913-cü il iyunun 11-də Bakıda dünyaya gəlib.

  Dram teatrının xüsusi səs tembrinə malik nəhəng aktrisası Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində onlarca yaddaqalan obraz yaradıb. “Vaqif”də Xuraman, “Xoşbəxtlər”də İnci, “Səyavuş”da Südabə, “Şeyx Sənan”da Xumar, “Antonio və Kleopatra”da Kleopatra, “Qış nağılı”nda Germiona, “Hind gözəli”ndə Vasantasena obrazları onun yaradıcılığının ən gözəl nümunələridir. “Onu bağışlamaq olarmı”, “İnsan məskən salır” və digər filmlərdə də çəkilən Hökumə Qurbanova ifaçılığında lirizm və romantik vüsət səciyyəvi cəhətlər olub. (1913-1988)

***

  Qərb (Western) üslublu filmlərilə tanınan Amerika aktyoru Con Ueyn (John Wayne) 1979-cu ilin bu günü 72 yaşında vəfat edib. (1907-1979)



Әlaqәli Xәbәrlәr