Tarixdə bu gün: 6 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1426544
Tarixdə bu gün: 6 iyun

*** 

  6 iyun 1919-cu ildə İstanbuldakı İngiltərə Hərbi Qüvvələrinin komandiri, general Corc Miln (George Milne) 9-cu Ordu Müfəttişi olaraq Samsuna gedən Mustafa Kamal Paşanın geri çağırılması üçün Osmanlı Hərbi Nazirliyinə rəsmi müraciət etdi. Düz 1 il sonra həmin gün İstanbul hərbi tribunalında Mustafa Kamalla birlikdə azadlıq mübarizəsinə başlayan İsmet İnönü və Fahrettin Altay da olmaqla 8 nəfər üçün edam qərarı verildi.

***

  1920-ci il aprelin 28-də Azərbaycanda sovet hökuməti qurulduqdan sonra ölkənin ayrı-ayrı bölgələrində bolşeviklərə qarşı müqavimət davam edirdi. Həmin il iyunun 6-da Zaqatalada yerli əhali Molla Hafiz Əfəndiyevin başçlığı ilə üsyana başladı. Lakin heç bir kömək ala bilməyən bu üsyan 11-ci Qızıl Ordu tərəfindən amansızcasına yatırıldı. 

***

  1944-cü il 6 iyunda İngiltərənin başçılıq etdiyi müttəfiq qoşunların Normandiyaya çıxarılması ilə Avropada ikinci cəbhə açıldı. 722 döyüş gəmisi tərəfindən müşayiət olunan 4 mindən çox gəmi Fransanın Normandiya sahilinə təxminən 1 milyon əsgər gətirdi. Məhz bu hadisə ilə İkinci Dünya Müharibəsinin gedişində əsaslı dönüş yarandı və faşist Almaniyasının məğlubiyyəti sürətləndi.

***   

  6 iyun 1982-ci ildə İsrail ordusu Livana hücuma başladı. 800 tank və 400 qırıcı təyyarə ilə eyni vaxtda dəstəklənən 76 min İsrail əsgəri 3 tərəfdən paytaxt Beyruta doğru irəlilədi.   

***

  6 iyun 1984-cü ildə Hindistan ordusunun əsgərləri Sih inançlı insanları “Qızıl məbəd”dən çıxarmaq üçün əməliyyat təşkil etdi. Döyüşlər zamanı 400 vətəndaş və 87 əsgər həyatını itirdi.

***

  2010-cu il iyunun 6-da NASA-nın göndərdiyi “Cassini” kosmos raketi Saturnun peyki Titanda bəzi sadə həyat formulları ola biləcəyinə dair əlamətləri təyin etdi.

***

  2012-ci ilin 6 iyun tarixində günəş enerjisiylə çalışan ''Solar İmpulse'' təyyarəsi İsveçrədən Mərakeşə qədər 2500 kilometrdən uzun yolu uçdu. Bu uçuş günəş enerjisi istifadə edilərək reallaşdırılan ilk qitələrarası uçuş olaraq tarixə düşdü.

***

6 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  “Rusiya şeirinin günəşi” adlandırılan dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin 1799-cu ilin bu günü dünyaya gəlib. 12 yaşında litseyə daxil olub. Burada təhsil aldığı illərdə ilk şeirlərini yazıb.

  17 yaşında (1817) litseyi bitirən Puşkin Xarici İşlər Kollegiyasında çalışıb. 3 il sonra (1820) inqilabi ruhlu əsərlərinə görə Qafqaza sürgün edilib. “Qafqaz əsiri”, “Quldur qardaşlar” və “Baxçasaray fəvvarəsi” poemaları şairin həmin dövr yaradıcılığının məhsullarıdır.

  Qafqazdan sonra Puşkin Pskov vilayətinin Mixaylovskoye kəndinə (1824) sürgün edilib. Burada “Qurana təqlid” şeirlər silsiləsini, “Yevgeni Onegin” mənzum romanının yeni fəsillərini və “Qraf Nulin” poemasını yazıb.

  Aleksandr Sergeyeviç Puşkin 1837-ci ildə dueldə ağır yaralanıb və bir neçə gün sonra vəfat edib. (1799-1837)

***

  İndoneziyanın ictimai və dövlət xadimi Əhməd Sukarno 1901-ci il iyunun 6-da doğulub.

  Şotlandiya müstəmləkə hökmranlığına qarşı mübarizədə iştirakına görə həbs edilən Sukarno sonradan - 1932-ci ildə İndoneziya Milli Partiyasının yaradıcılarından biri olub və sədri seçilib.

  Əhməd Sukarno 1945-ci ildə İndoneziya respublikasının istiqlaliyyətini elan edib və ölkənin ilk prezidenti olub. (1901-1970)

***

  6 iyun Ziqmund Freyd (Sigmund Freud, 1856-1961) və analitik psixologiyanın banilərindən hesab edilən alman psixiatrı Karl Qustav Yunqun (Carl Gustav Jung, 1875-1961) xatirə günüdür. ***

  1968-ci il iyunun 6-da Qurtuluş Savaşı komandirlərindən olan, 1924-1935-ci illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini icra etmiş Kazım Fikri Özalp dünyasını dəyişib. (1882-1968) 

***



Әlaqәli Xәbәrlәr