Tarixdə bu gün: 2 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1426341
Tarixdə bu gün: 2 iyun

*** 

  Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci il 2 iyun tarixli qərarı ilə ölkədə ilk dəfə olaraq neft sənayesi milliləşdirildi.  

***

  1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradıldı və bununla da respublikanın mülki aviasiyası təşəkkül tapmağa başladı.

  Azərbaycan prezidentinin 2006-cı il 18 may tarixli fərmanı ilə 2 iyun Azərbaycan Aviasiya İşçilərinin Peşə Bayramı elan edildi.  

***

  2 iyun İtaliya xalqının milli bayramıdır. 1946-cı ilin bu günü İtaliya respublika elan olunub.  

***

  1953-cü ilin 2 iyun tarixində Böyük Britaniya və Şimali İrlaniyanın indiki kraliçası 27 yaşlı II Elizavetanın Vestminster sarayında tacqoyma mərasimi keçirildi.

  II Yelizaveta (II Elizabeth) 1066-cı ildən bəri Britaniyanın 40-cı monarxıdır. Britaniya Birliyinin üzvü olan daha 16 ölkənin kraliçası sayılan Yelizaveta tarixin ən uzun müddət taxtda oturan 4-cü hökmdarıdır.                                                                             

  Ötən əsrin 50-ci illərinin İngiltərə baş naziri Uinston Çörçil və Britaniya kilsəsinin müqavimətinə baxmayaraq, tacqoyma mərasimi ilk dəfə olaraq televiziya ilə nümayiş etdirildi. Məhz bu hadisədən sonra televizorların satışı kütləvi şəkil aldı.

 

*** 

  2 iyun 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı quruldu. Təşkilat Fələstin torpaqlarında olan bir çox qrupu bir dam altında topladı. Ən böyük qrup olan “Əl-Fəth”in lideri Yasser Ərəfat təşkilat yarandıqdan 5 il sonra onun perzidenti oldu.   

***

  1978-ci il iyunun 2-də erməni terrorçuları Türkiyənin İspaniya səfiri Zeki Kuneralpın dövlət maşınını atəşə tutdular. Silahlı hücum nəticəsində səfirin həyat yoldaşı Necla Kuneralp və təqaüdçü səfir Beşir Balcıoğlu dünyalarını dəyişdilər.

*** 

  2 iyun 2012-ci ildə Misirin keçmiş prezidenti Hüsnü Mübarək ona qarşı nümayişə qalxan etirazçıların öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edildi.  

***

2 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur ingilis yazıçısı Tomas Hardi 1840-cı ilin bu günü dünyaya gəlib. O, həyatının böyük bir hissəsini “Xarakter və mühit” silsiləsindən “Yaşıl ağac altında”, “Ağlını itirmiş kütlədən uzaq”, “Vətənə qayıdış” romanalrını yazmağa həsr edib. (1840-1928)

***

  2 iyun görkəmli Azərbaycan alimi, yazıçı və dövlət xadimi Abbasqulu ağa Bakıxanovun xatirə günüdür.  

  Bakı xanları nəsılindən olan Abbasqulu ağanın gənclik illəri Qubada keçib.

  Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan A.Bakıxanovun qələmə aldığı “Gülüstani-İrəm” əsəri isə Azərbaycanın tarixi keçmişinin öyrənmək üçün əvəzolunmaz mənbədir.

  Görkəmli alim çar Rusiyası sarayında hərbi xidmətini başa vurduqdan sonra Məkkəni ziyarət edib. Ziyarətdən qayıdarkən elə Məkkə yaxınlığında 53 yaşında dünyasını dəyişib. (1794-1847)

***  

  "Əskiçi və oğulları" (Eskici ve Oğulları), "Xanımın təsərrüfatı” (Hanımın Çiftliği) və "Bərəkətli torpaqlar üçün" (Bereketli Topraklar Üzerine) əsərlərilə adını Türkiyə ədəbiyyatının görkəmli simaları sırasına yazdıran Orhan Kamal (Orhan Kemal) 1970-ci ilin 2 iyununda 66 yaşında vəfat edib. (1914-1970)

***  



Әlaqәli Xәbәrlәr