Tarixdə bu gün: 22 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1421049
Tarixdə bu gün: 22 may
Viktor Hüqo.....jpg

   

***

  Rusiyanın tanınmış xeyriyyəçisi Pavel Tretyakov 1856-cı il 22 mayda görkəmli rəssam və heykəltaraşların əsərlərinin nümayişi üçün kiçik bir muzey açdı. İllər keçdikcə muzey genişləndi və dünyaşöhrətli Tretyakov qalereyasına çevrildi.

  Qalereyada Azərbaycan rəssamları və heykəltaraşları Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Fuad Əbdürrəhmanov və başqalarının əsərləri də nümayiş etdirilir.

  Rusiyanın ən böyük muzeylərindən biri olan və paytaxt Moskvada yerləşən Tretyakov qalereyası rus incəsənətinin simvolu sayılır. 

*** 

  22 may 1927-ci ildə Çinin Sinin (Xining) əyalətində təxminən 7,9 gücündə zəlzələ baş verdi və 41 min adamın ölümünə səbəb oldu.  

***

  1960-cı ilin 22 mayında tarixin ən böyük zəlzələsi baş verdi. Çilidə 3 dəqiqə sürən 9,5 bal gücündə zəlzələ meydana gəldi. Sakit Okeanda yüksəkliyi 25 metrlik sunami ilə Şərqi Afrika sahilləri və Havay adalarına qədər təsir göstərən zəlzələdə 5 minə yaxın insan həyatını itirdi.

  Valdivia zəlzələsi adlanan bu faciə bu günə qədər ölçülə bilən ən böyük zəlzələ kimi qeyd olunub.

*** 

  22 may 1972-ci ildə ilk dəfə ABŞ prezidenti Sovet İttifaqına gəldi: Riçard Nikson (Richard Nixon) nüvə silahlarının azaldılmasını nəzərdə tutan SALT 1 Müqaviləsini imzalamaq üçün SSRİ-nin o zamankı başçısı Leonid İliç Brejnevin dəvəti ilə Moskvaya rəsmi səfər etdi.

***

  1982-cü ilin 22 may tarixində Avropa mədəniyyətlərini tanıtmaq üçün Avropa Şurası tərəfindən İstanbulda 18-ci Anadolu Mədəniyyətlər Sərgisi açıldı.

***

  2006-cı il mayın 12-də İranın o dövrkü hakimiyyətinin “İran” rəsmi qəzetində ölkənin təxminən 35 milyonundan çoxunu təşkil edən yerli Azərbaycan türklərini böcək kimi təsvir edən təhqirli karikatura çap etdi. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılandı.

  Geniş etiraz hərəkatının başlandığı 22 may - 1 xordad Cənubi Azərbaycan türklərinin milli hərəkat tarixinə həm qanlı, həm də öz milli varlığını müdafiə baxımından şərəfli bir gün kimi yazıldı. Belə ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinə etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşginşəhr və başqa şəhərləri kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.

  İran hüquq-mühafizə orqanları dinc şəkildə keçirilən etiraz aksiyalarını zor tətbiq edərək susdurmağa çalışdı. Həmin etirazlarda rejimin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir neçə Azərbaycan türkü şəhid oldu, yüzlərlə insan yaralandı, çox sayda nümayişçi həbs olundu.

  İran xüsusi xidmət orqanları hadisədən sonrakı aylarda da kütləvi həbsləri davam etdirdi.

  Artıq illərdir ki, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, olduqları ölkələrdə bu tarixi günü - 1 Xordad hadisələrini müxtəlif formalarda keçirir və şəhidləri yad edirlər. Sosial şəbəkələrdə də həmin günlərdə canları fəda olmuş şəhidlərin şəkilləri paylaşılır, onların həyatı barədə məlumat verilir, bu qiyamın təfərrüatı müzakirə edilir və bəyanatlar yayılır.

***

  22 may 2010-cu ildə Hindistanın cənubunda sərnişin təyyarəsi yerə enərkən qəzaya uğradı, 158 nəfər həyatını itirdi, 8 nəfər sağ qaldı.

***

  2011-ci ilin 22 mayında Nuri Bilge Ceylan 64-cü Beynəlxalq Kann (Cannes) Festivalında "Bir zamanlar Anadoluda" filminə görə münsiflər heyətinin mükafatını (Grand Priz) qazandı.

***

22 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Böyük alman bəstəkarı Vilhelm Rixard Vaqner (Wilhelm Richard Wagner) 1813-cü ilin bu günü dünyaya gəlib. “Qızıl Reyn”, “Ziqfrid”, “Valkiriya”, “Allahların ölümü” və simfonik əsərləri müəllifi geniş miqyasda tanıtdırıb və şöhrətləndirib. (1813-1883)

***

  22 may məşhur fransız yazıcısı, dünyaşöhrətli “Səfillər”, “Notr Dam qozbeli” əsərlərinin müəllifi Viktor Huqonun (Victor Marie Hugo) xatirə günüdür. O, 1885-ci ildə 83 yaşında Parisdə dünyasını dəyişib. (1802-1885)

***

  Britaniyanın tanınmış yazıçısı Artur Konn Doyl (Sir Arthur İgnatius Conan Doyle) 1859-cu ilin bu günü anadan olub. Xəfiyyə Şerlok Holms haqqında silsilə hekayə və povestləri ona böyük şöhrət qazandırıb. “Şerlok Holms haqqında hekayələr” adlanan bu kitab dünyanın əksər dillərinə tərcümə olunub. Bu əsər əsasında müxtəlif ölkələrdə neçə-neçə film çəkilib və hələ də çəkilməkdədir. (1859-1930)

***

  22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür.

  Hadi romantizm üslubunda gözəl şeirlərilə ümumtürk ədəbiyyatında özünəməxsus yer tutur.

  Şərq ədəbiyyatı, tarixi, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib.

  Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub. Şair 1920-ci ilin 22 mayında 41 yaşında dünyasını dəyişib. (1879-1920)

***



Әlaqәli Xәbәrlәr