Tarixdə bu gün: 21 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1418989
Tarixdə bu gün: 21 may

***   

  Rus çarlığı Qafqaz xalqları üçün sürgün siyasətini növbəti dəfə işə salaraq 1864-cü il 21 may tarixindən çərkəzləri Osmanlı torpaqlarına köç etdirdi. Təxminən 1 milyon çərkəz Qafqazdan Türkiyəyə sürgün olundu.

***

  1877-ci ildə çar Rusiyası ilə Osmanlı (Türkiyə) arasında müharibə başlandıqdan cəmi 1 ay sonra - mayın 21-də Rumıniya öz müstəqilliyini bəyan etdi. O zamana qədər bu yer Osmanlı imperiyası tərkibində muxtar knyazlıq idi.

***  

  21 may 1904-cü ildə Fransanın paytaxtı Parisdə Beynəlxalq Futbol Federasiyaları Birliyi – UEFA (FİFA) təsis edildi.

*** 

  1927-ci ilin 21 mayında ABŞ aviatoru Çarlz Lindberq (Çarlz Lindbergh) “Sprit of St.Louis” təyyarəsiylə Nyu-Yorkdan Parisə uçaraq Atlantika okeanını keçən ilk pilot oldu.

***

21 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Alman rəssamı, intibah dövrünün görkəmli nümayəndəsi Albrext Dürer 1471-ci ilin bu günü anadan olub. Təxminən 900 rəsm əsərinin müəllifi olan Dürer dünya qrafika sənətinin ən gözəl nümunələrini yaradıb. (1471-1528)

***

  İranda Cənubi Azərbaycan milli hökumətinin baş prokuroru Firudin İbrahimi Pəhləvi şahının əmri ilə 1947-ci ilin 21 may tarixində dara çəkilib.



Әlaqәli Xәbәrlәr