Tarixdə bu gün: 15 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1416580
Tarixdə bu gün: 15 may
TARİHTE BUGÜN_15 MAYIS_YUNAN İŞGALİ

***

  15 may 1756-cı ildə İngiltərə, Fransa, Rusiya, Avstriya və Prussiya arasında "Yeddi illik müharibə" başladı. İngiltərə və Fransanın xarici koloniyalarında baş verən qarşıdurmalar nəticəsində çıxan “Yeddi illik müharibə” dünya miqyasında ilk böyük müharibə sayılır.

***

  Ayətulla Mirzə Şirazinin 1891-ci il 15 may fitvası ilə Cənubi Azərbaycanda (İran) tütün inhisarı ləğv edildi.

***

  1919-cu ilin 15 mayından yunanlar Anadoluya hücum etməyə başladılar və İzmirə ordu yürütdülər. Elə həmin gün jurnalist Həsən Təhsin (Osman Nevres) yunan əsgərlərinə ilk atəşi açdı və şəhid oldu.

  Yunanıstanın İzmirə qoşun göndərməsi Türkiyənin İstiqlal Müharibəsi (Qurtuluş Savaşı) üçün bir qığılcım rolunu oynadı. Yunan işğalına başda İstanbul olmaqla, ölkənin çox yeri etiraza qalxdı və bu hərəkat milli müqavimət təşkilatlarının yaranmasını təmin etdi.  

***

  İsrail öz dövlətini bəyan etdikdən bir gün sonra – 1948-ci il mayın 15-də Fələstin torpaqlarında ərəblərlə yəhudilər arasında müharibə başladı. 1949-cu ilin iyul ayınadək davam edən bu müharibə zamanı İsrail BMT-nin onun üçün ayırdığı əraziyə yeni torpaqlar qatdı.

  Fələstin xalqı 15 mayı "Böyük fəlakət günü" (Nekbe) adlandırır.

***

  1988-ci il mayın 15-də sovet qoşunları Əfqanıstandan çıxarılmağa başladı. Hələ Leonid İliç Brejnevin rəhbərliyi dövründə Əfqanıstan hadisələrinə SSRİ-nin müdaxiləsi nəticəsində minlərlə sovet əsgəri, o cümlədən, xeyli azərbaycanlı həlak oldu və yaralandı.

***

15 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Fransanın tanınmış fiziki Pyer Küri 1859-cu ilin bu günü dünyaya gəıib. Kristallar fizikası, maqnetizm və radioaktivlik alimin əsas tədqiqat sahələri olub.

  Fizika sahəsindəki nailiyyətlərinə görə Pyer Küri Nobel mükafatına layiq görülüb. (1859-1906)

***

  15 may Azərbaycanın tanınmış dövlət xadimi, publisist və maarifçi Məhəmmədyusif Cəfərzadənin xatirə günüdür.  

  Hələ 27 yaşında Azərbaycanı Rusiya Dövlət Dumasında təmsil edən M.Cəfərzadənin səyi sayəsində həmin vaxtlar müsəlmanlara şamil edilən bir sıra qadağalar aradan götürülüb.

  Məhəmmədyusif Cəfərzadə Birinci Dünya Müharibəsi illərində Qırmızı Xaç Komitəsinə rəhbərlik edərək azərbaycanlı qaçqınlara, kimsəsiz uşaqlara yardım göstərib.

  1917-ci il Fevral Burjua İnqilabından sonra Rusiya Müvəqqəti hökumətinin tərkibində Qafqaz üzrə xüsusi komitəyə daxil edilən N.Cəfərzadə 1918-ci ildə yaranan Zaqafqaziya Federativ Seymi hökumətində də var idi.

  Məhəmmədyusif Cəfərzadə 1920-ci ildə Azərbaycan parlamentinə sədrlik edib, Sovet hakimiyyəti illərində də bir sıra məsul vəzifələrdə çalışıb.

  1938-ci il mayın 15-də Məhəmmədyusif Cəfərzadə repressiya qurbanlarından biri kimi həlak olub. (1885-1938)

***

  Azərbaycanın dövlət xadimi Əşrəf Allahverdiyev 1904-cü ilin bu günü dünyaya gəlib. 1948-ci ildən ömrünün sonunadək – 36 il əsaslı tikintinin mühüm sahəsi olan meliorasiya təsərrüfatı üzrə məsul vəzifələrdə çalışıb. Onun bilavasitə iştirakı ilə Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Dəvəçi kimi nəhəng kanallar inşa olunub, Ceyranbatan və Ağstafaçay su anbarları tikilib. (1904-1984)

***

  Azərbaycanın tanınmış futbolçusu, idman ustası Tofiq Axundov 1937-ci il mayın 15-də anadan olub. Həyatının 15 ilini böyük futbola həsr edən T.Axundov Bakının “Neftçi”, Sumqayıtın “Polad” və Gəncənin “Dinamo” komandalarında mahir müdafiəçi olub. O, həmin illərdə həm də “SSRİ-nin 6 ən yaxşı müdafiəçisi” adını qazanmışdı.

  Tofiq Axundov “Araz”, Sumqayıtın “Polad” və Azərbaycanın gənclərdən ibarət seçmə komandasına başçılıq edib. Azərbaycanlı futbolçu 1992-ci ildə 55 yaşında dünyasını dəyişib. (1937-1992)

***


Etiketlәr: #Yuxarı Şirvan , #Samur-Dəvəçi kimi nəhəng kanallar , #Azərbaycanın gənclərdən ibarət seçmə komandası , #Tofiq Axundov , #Azərbaycanın tanınmış futbolçuları , #Ceyranbatan və Ağstafaçay su anbarları , #Yuxarı Qarabağ , #Azərbaycan meliorasiya təsərrüfatı , #Əşrəf Allahverdiyev , #repressiya qurbanları , #Sovet hakimiyyəti illəri , #Azərbaycan parlamenti sədrləri , #Zaqafqaziya Federativ Seymi , #Rusiya Müvəqqəti hökumətinin tərkibində Qafqaz üzrə xüsusi komitə , #1917-ci il Fevral Burjua İnqilabından sonra , #Azərbaycanı Rusiya Dövlət Dumasında təmsil edən , #Azərbaycanın tanınmış dövlət xadimləri , #Məhəmmədyusif Cəfərzadə , #Novel mükafatçıları , #maqnetizm və radioaktivlik , #Kristallar fizikası , #Pyer Küri , #Əfqanıstan hadisələrinə SSRİ-nin müdaxiləsi , #Leonid İliç Brejnevin rəhbərliyi dövrü , #sovet qoşunları Əfqanıstandan çıxarılma , #Fələstin xalqı 15 may "Böyük fəlakət günü" (Nekbe) , #Fələstin torpaqlarında ərəblərlə yəhudilər arasında müharibə , #Osmanlı milli müqavimət təşkilatlarının yaranması , #Türkiyə İstiqlal Müharibəsi (Qurtuluş Savaşı) başlanması , #Yunanıstanın İzmirə qoşun göndərməsi , #Həsən Təhsin (Osman Nevres) , #yunanlar Anadoluya hücum , #Cənubi Azərbaycanda (İran) tütün inhisarı ləğv , #Ayətulla Mirzə Şirazi , #dünya miqyasında ilk böyük müharibə , #Avstriya və Prussiya arasında "Yeddi illik müharibə" , #Rusiya , #Fransa , #İngiltərə , #Tarixdə bu gün: 15 may

Әlaqәli Xәbәrlәr