Tarixdə bu gün: 14 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1416561
Tarixdə bu gün: 14 may

***

  1918-ci il mayın 14-də Osmanlı (Türkiyə) ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edən Xəlil Menteşe Bakı istiqamətində hərəkət edən ingilis ordusuna qarşı Osmanlı qoşunlarının Transqafqaza buraxılması haqqında Zaqafqaziya seyminə nota verdi.

  Eyni zamanda da Azərbaycan nümayəndələri Bakı Xalq Komissarları Sovet qoşunlarının Gəncə istiqamətində hərəkət etməsinin qarşısını almaq üçün türk qoşunlarının Tranqafqaz ərazisindən keçməsinə razılıq verilməsini tələb etdilər.

  O vaxt Batum Konfransı nümayəndələri arasında fikir ayrılığı olmasına baxmayaraq, Türkiyə (Osmanlı) qoşun hissələri Transqafqaza daxil ola bildi. 

***

  Bu gün İsrail dövlətçiliyinin yaranmasını qeyd edir.

  1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının qərarına əsasən, Böyük Britaniyanın mandatı altında olan Fələstin ərazisi iki müstəqil ölkəyə - ərəb və yəhudi dövlətlərinə parçalandı, Qüds isə BMT-nin idarəsi altında nüstəqil inzibati vahidə ayrıldı və şəhərə xüsusi beynəlxalq status verildi.

  İngilislərin Fələstin torpaqlarından çəkilməsindən sonra Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası 1948-ci il mayın 14-də müstəqil İsrail dövlətinin qurulduğunu elan etdi. Lakin 5 ərəb dövləti İsrailə qarşı müharibəyə qalxdı. İlk Ərəb - İsrail Müharibəsi nəticəsində İsrail, o cümlədən, İordaniya və Misir ərazilərini genişləndirdilər, bölgənin əsl sahibi olan fələstinlilər isə qaçqın vəziyyətinə salındı. Bu münaqişə indiyədək davam etməkdədir.

*** 

  14 may 1950-ci ildə Türkiyədə ilk dəfə çoxpartiyalı seçkilər keçirildi. Seçki nəticəsində Demokrat Partiya səslərin çoxunu qazandı və parlamentdə (TBMM) 416 deputatla təmsil olundu. Türkiyəni uzun müddət tək partiya olaraq idarə etmiş CHP isə seçkilərdən 69 deputatla çıxa bildi.

 

***

  NATO-ya qarşı 1955-ci il 14 mayda Polşanın paytaxtında SSRİ və Şərqi Avropanın 7 sosialist ölkəsini bir araya gətirən Varşava Paktı imzalandı. Müqavilə 1991-ci ildə - Sovet İttifaqı dağıldıqdan sonra pozuldu.

***

  1973-cü ilin 14 mayında ABŞ-ın ilk kosmos stansiyası “Skylab”dan fəzaya raket buraxıldı.

***

  14 may 2018-ci ildə ABŞ İsrail Səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. İsrail təhlükəsizlik qüvvələri ABŞ-ın qərarına etiraza qalxan fələstinliləri gülləbaran etdi. 60-dan çox fələstinli həyatını itirdi, 3 mini isə yaralandı.

***

14 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  XVIII-XIX əsr ingilis utopik sosialisti Robert Ouen (Robert Owen) 1771-ci ilin bu günü dünyaya gəlib.  

  18-ci əsrin 90-cı illərindən ədəbi-fəlsəfi cəmiyyətə daxil olan Ouenin fikrinə görə, “Əgər insan qüsurludursa, buna ilk növbədə yaşadığı mühit səbəbkardır”. O, ilk növbədə cəmiyyətdə islahatlar aparılması ideyasını irəli sürürdü.

  Robert Ouenin təşəbbüsü ilə Amerika və Britaniyada təcrübi kommunist qurumları yaradılmışdı.

  1848-1849-cu il inqilabı məğlubiyyətə uğradıqdan sonra R.Ouen ruh düşkünlüyünə qapıldı. (1771-1858)

***

  Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits (Wilhelm (later William) Steinitz) 1836-cı ilin 14 mayında Praqada dünyaya gəlib. 

  47 (1883) yaşından Amerika Birləşmiş Ştatlarında yaşayan Vilhelm 3 il sonra - 1886-cı ildə dünya çempionu adı uğrunda həlledici matçda Tsukertorta qalib gələrək şahmat tacına sahib olub və bu adı üzərində 8 il daşıyıb. 

  O həm də şahmat oyununun bir sıra mövqelərini nəzəri cəhətdən əsaslandırıb.

  Vilhelm Steynits 1894-cü ildə dünya çempionu adı uğrunda növbəti yarışda Emmanuel Lakerə uduzub. (1836-1900)

***

  Hollywood”un “Qızıl ilahəsi” adlandırılan əfsanəvi aktrisa Rita Heyvort (Rita Hayworth) 1987-ci il mayın 14-də Nyu-Yorkda 69 yaşında vəfat edib. (1918-1987)

***

  14 may 1998-ci ildə Amerikanın məşhur müğənnisi və kino aktyoru Frank Sinatra 83 yaşında dünyasını dəyişib. (1915-1998)

***



Әlaqәli Xәbәrlәr