Tarixdə bu gün: 11 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1413826
Tarixdə bu gün: 11 may

***

  Azərbaycanın görkəmli siyasi xadimi və yazıçısı Nəriman Nərimanovun “Nadir şah” pyesi ilk dəfə 1911-ci ilin 11 may tarixində Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub.  

***

  SSRİ-də Stalin rejimi 1944-cü ilin 11 mayında Krım türklərini Sibir və Orta Asiyaya sürgün etmək qərarına gəldi. Mayın 18-dən həyata keçirilən qərarla on minlərlə Krım türkü yüz illərdir yaşadıqları torpaqlardan sürgün edildilər.

***

  1985-ci il 11 mayda “Birmingham Siti” və Leeds United” komandaları arasındakı matçda azarkeşlərin mübahisələri dava-dalaşa səbəb oldu ki, nəticədə yanğın çıxdı, 40 adam öldü, 150 nəfər yaralandı.

***

11 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məhşur “Ovod” (The Gadfly) romanı ilə dünyaşöhrəti qazanmış Etel Lilian Voyniç (Ethel Lilian Voynich) 1864-cü ilin bu günü İrlandiyada anadan olub.

  Görkəmli riyaziyyatçı Con Bulun qızı olan ingilis yazıçısı Etel polyak inqilabçısı M.V.Voyniçlə ailə həyatı qurmuşdu.

  Etel Voyniçin “Ovod” romanı 30-a yaxın dildə 200 dəfəyə yaxın yeni tirajla nəşr edilib. (1864-1960)

***

  Məşhur ispan rəssamı, sürrealzim cərəyanının görkəmli nümayəndəsi Salvador Dali 1904-cü il 11 mayda anadan olub. Rəssamın əsərlərində dəhşətli kabuslar, əcayib məxluqlar bir-birilə əlaqələndirilir.

  Salvador Dalinin əsərləri bu gün də ən yaxşı sənət nümunələri kimi dünya muzeylərini bəzəyir. (1904-1989)

***

  Azərbaycan heykəltaraşlığının banilərindən biri olan Fuad Əbdürrəhmanov 1915-ci ilin 11 mayında dünyaya gəlib. Onun yaradıcılığında portret janrı xüsusi yer tutur.

  Müxtəlif illərdə yaratdığı Nizami, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov, Asəf Zeynallı, Əbdürrəhim bəy Hağverdiyev və “Azad qadın” heykəlləri Fuad Əbdürrəhmanovun ölməz əsərləridir.

  F.Əbdürrəhmanov keçmiş sovet respublikalarında da görkəmli şəxsiyyətlərin portret-heykəllərini yaradıb. İbn Sina, Rudəki, Sədrəddin Ayninin heykəlləri bunaq parlaq numinədir. (1915-1971)

***

  Yamaykalı gitaraçı və reggi (reggae) müğənnisi Bob Marli (Bob Marley) 1981-ci ilin bu günü 36 yaşında həyatdan köçüb. (1945-1981)

***

  Sovet İttifaqı üçün casusluq edən Britaniya kəşfiyyatının rəhbərlərindən biri, kommunist Kim Filbi (Kim Philby) ömrünün qalan hissəsini SSRİ-də yaşamağa məcbur olub və 1988-ci ilin 11 mayında 78 yaşında Moskvada ölüb. (1933-1988)



Әlaqәli Xәbәrlәr