Tarixdə bu gün: 8 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1409628
Tarixdə bu gün: 8 may
Şuşa_03.jpg

***

  8 may 1902-ci ildə Karib dənizindəki Martinika adasında Peli (Pelee) vulkanı partladı, 30 min adam həyatını itirdi.

***

  1945-ci il mayın 8-də faşist Almaniyasının İkinci Dünya Müharibəsində danışıqsız təslim olması barədə akt imzalandı. Bununla da bəşər tarixində ən dəhşətli müharibəyə son qoyulub.

***

  Bülent Ecevitə qarşı istədiyi etimad səsini qazana bilməyən Türkiyənin ikinci dövlət başçısı İsmət İnönü 8 may 1972-ci ildə 33 il 4 ay sürən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyi vəzifəsini təhvil verdi.

***

  8 may Azərbaycan tarixinin faciəli səhifələrindən biridir.

  1992-ci il mayın 8-də gecə top atəşlərindən bir neçə saat sonra erməni-rus silahlı birləşmələri tərəfindən Qarabağın mərkəzi Şuşa şəhərinə hücum olundu. Şəhərin müdafiə planının olmaması və hakimiyyət hərc-mərcliyindən istifadə edən ermənilər Rusiya ordusunun köməyilə Şuşanı işğal etdilər.

***

  8 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İsveçrənin ictimai xadimi Anri Dünan 1828-ci ilin bu günü anadan olub. Onun təşəbbüsü ilə 1863-cü ildə Beynəlxalq Qırmızı Xaç Təşkilatı yaradılıb.

  A.Dünan bütün olan-qalanını ehtiyacı olanlara sərf edir, özü onlardan fərqlənmək istəmirdi.

  1901-ci ildə Nobel mükafatına layiq görülən Anri Dünan buradan da aldığı pulları bütövlüklə xeyriyyəçilik fəaliyyətinə yönəldib.

  Anri Dünan 1910-cu ildə yoxsullar evində vəfat edib. Onun şərəfinə 8 may Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Günü olaraq qeyd edilir. (1828-1910)

***

  Azərbaycanın məşhur “Karvan” simfonik lövhəsinin müəllifi bəstəkar Soltan Hacıbəyov 1919-cu il 8 mayda anadan olub.

  Peşəkar Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan S.Hacıbəyovun həm də “Gülşən” baletinin müəllifidir. (1919-1974)

***



Әlaqәli Xәbәrlәr