Tarixdə bu gün: 6 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1409301
Tarixdə bu gün: 6 may
La Manş tuneli.jpg

***

  6 may 1937-ci ildə 3 jumbo reaktiv ölçülü “Hindenburg” dirijablı (zeplin) ABŞ-ın Nyu York şəhəri üzərindən uçarkən yanaraq yerə çırpıldı. 36 nəfər ölümünə bais olan bu qəzadan sonra hava nəqliyyatında dirijablların istifadəsinə son qoyuldu.

***

  1968-ci il 6 mayda “Praqa baharı”nı qan içində boğandan 2 il sonra Çexoslavakiyanın kommunist hökuməti SSRİ ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalamağa məcbur oldu.  

  Qeyd edək ki, sosialist sistemi dağıldıqdan sonra Çexiya Şərqi Avropada keçmiş kommunist partiyası rəhbərlərinin dövlət vəzifələrində işləməsini qadağan etmək haqqında rəsmi qanun qəbul edən yeganə dövlətdir. (1970)

***

  Tikintisinə 1987-ci ildə başlanmış və İngiltərə ilə Fransanı bağlayan La Manş tuneli 1994-cü ilin 6 mayında Kraliça II Yelizaveta və Fransa prezidenti François Mitterandın iştirakı ilə olan mərasimlə xidmətə verildi.

  Qeyd edək ki, dənizin 45 metr dərinliyində inşa edilən 147 kilometrlik tunel Fransa ilə İngiltərə arasındakı qatar yolunu 20 dəqiqəyə endirdi.

***

  1400 illik İslam tarixində ilk dəfə olaraq 2001-ci ilin 6 may tarixində bir Papa məscidi ziyarət etdi. Xristianların dini rəhbəri Papa II Jan Pol (Jean Paul) Suriyaya səfəri zamanı Dəməşqdə Əməvi (Umayyad) cümə məscidinə baş çəkdi.

***

  2008-ci ilin 6 mayında Myanmarda Nərgis qasırğası zamanı 22 min adam həyatını itirdi, 30 min insan isə itkin düşdü.  

***

6 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Avstriyanın məşhur nevropatoloqu, psixoanalizin banisi Ziqmund Freyd 1856-cı ilin bu günü anadan olub.

  Vyana Universitetinin professoru olan Freyd “Psixoanaliz və psixopatologiya tədqiqatları səlnaməsi” və Beynəlxalq Psixoanaliz Cəmiyyətinin əsasını qoyub.

  Ziqmund Freydin psixoloji ideyaları bu gün də öyrənilir və tətbiq olunur. (1856-1939)

***

  Azərbaycanda coğrafiya üzrə tədris metodikasının əsasını qoyan, ana dilində ilk coğrafiya dəsrliklərini hazırlayan maarif xadimi Qafur Rəşad Mirzəzadə 1884-cü ilin 6 mayında Şamaxıda dünyaya gəlib.   

  Q.R.Mirzəzadə “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” və bu kimi kitabların müəllifidir. Dilçiliyə dair əsərləri olan alimin uşaqlar üçün hekayələri də vardır. (1884-1943)

***

  Azərbaycanda hidrogeologiyanın banisi, professor Əziz Əsgərov 1907-ci ilin bu günü anadan olub. Ölkədə mineral suların elmi tədqiqatı sahəsində əvəzsiz xidmətləri olan alim badamlı, sirab, vayxır və qalaaltı mineral sularını kəşf edib.

  Ə.Əsgərov Bakı (Azərbaycan) Dövlət Universitetində hidrogeologiya kafedrasının təməlini qoyub. O, Azərbaycan ərazisində müalicəvi sanatoriyalar – kurortlar salınması üçün böyük əmək sərf edib. (1907-1993)

*



Әlaqәli Xәbәrlәr