Tarixdə bu gün: 3 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1409022
Tarixdə bu gün: 3 may

***

  1810-cu il mayın 3-də məşhur ingilis şairi Corc Bayron üzə-üzə Dardanel boğazını keçib. Bununla sanki yunan əsatiri qəhrəmanı Leandra ilə yarışa girib.

  Məlum olduğu kimi, Leandra üçün bu cəhd acınacaqlı qurtarıb: sevigilisinin yanına tələsən gənc yunan gecə vaxtı körfəzdə batıb. 22 yaşlı Bayron isə bu niyyətini uğurla yerinə yetirdi, amma bundan sonra uzun müddət xəstə yatdı.  

***

  Bu gün dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Günüdür (1942).

***

  3 may Polşanın Konstitusiya Günüdür.

  1990-cı ildə ilk azad seçkilər nəticəsində Həmrəylik İttifaqının sədri Lex Valensa Polşa prezidenti seçildi. Bundan sonra ölkədə keçmiş sosialist rejiminə qarşı fəal mübarizə aparılmağa başlandı.                                                                      

***

  3 May Ümumdünya Söz və Mətbuat Azadlığı Günüdür.

  1993-cü il dekabrın 21-də BMT-nin baş məclisi “Ümumdünya mətbuat azadlığı gününün keçirilməsi haqqında” qərar qəbul etdi. Bundan 2 il əvvəl isə “Vindxux bəyannaməsi” imzalanmışdı ki, bu sənəddə dünyanın bütün ölkələrinin hökumətlərinə mətbuata kömək göstərmək tövsiyə olunurdu.

***          

3 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İtaliyanın görkəmli siyasi xadimi, diplomat, mütəfəkkir, tarixçi və hərb nəzəriyyəçisi Nikkola Makiavelli (Niccolò di Bernardo dei Machiavelli) 1469-cu ilin bu günü dünyaya gəlib.

  İtaliyanın fəlakətini onun siyasi pərakəndəliyində görən Makiavelli bunu aradan qaldırmaq iqtidarında olan güclü milli dövlət nəzəriyyəsi yaradıb. (1469-1527)

*** 

  İstanbulu fəth edən, “Yeni dövr açan padşah" adını qazanan, Osmanlı imperatorluğun 7-ci sultanı Fateh Sultan Mehmet 1481-ci ilin bu günü 49 yaşında dünyadan köçüb. (1432-1481)

***

  Azərbaycan milli teatrının yaranmasında böyük xidmətləri olan yazıçı və teatr xadimi Əsgər ağa Gorani 1857-ci il mayın 3-də anadan olub.

  Maarifçi kimi öz hesabına Gəncədə Qızlar Məktəbi açıb, “Əkinçi” qəzetində yazıları ilə çıxış edib.

  Əsgər ağa Gorani “Qara yel” tarixi romanı, “Hənək, hənək, axırı dəyənək” pyesi, “Qocalıqda yorğalıq” vodevili və digər maraqlı əsərlərin müəllifidir. (1857-1929)

***

  Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan Əlimərdan bəy Topçubaşov 1864-cü ilin bu günü dünyaya gəlib.

  Əlimərdan bəy 10 ildən çox “Kaspi” qəzetinin redaktoru olub. Birinci Dövlət Dumasının deputatı seçilən Topçubaşov orada müsəlman qrupunun başçısı kimi Azərbaycanı təmsil edib. 1918-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcra Komitəsi və Azərbaycan parlamentinin sədri olub.

  Əlimərdan bəy Topçubaşov Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq edib. (1865-1934)

***

  Azərbaycanın neftçi əmək qəhrəmanı Yusif Kərimov 1925-ci il 3 mayda anadan olub.

  Gənc yaşlarından neft sənayesində çalışan Y.Kərimovun başçılığı ilə 1963-cü ildə Səngəçal-Duvanni dəniz yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995)

***



Әlaqәli Xәbәrlәr