Tarixdə bu gün: 30 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1404731
Tarixdə bu gün: 30 aprel

***

  1563-cü ildə Kral VI Çarlzın əmrilə bütün yəhudilər Fransadan qovulmağa başlandı.

***

  30 aprel 1789-cu ildə Corc Vaşinqton (George Washington) Amerika Birləşmiş Ştatlarının ilk prezidenti oldu.

***

  1803-cü ilin 30 aprelində Amerika Birləşmiş Ştatlarının ərazisi 2 dəfə artdı. Belə ki, ABŞ Luiziana (Louisiana) torpaqlarını Fransadan 15 milyon dollar qarşılığında satın aldı.

***

  1937-ci ilin bu günü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşası oldu.

  Bu əsərin səhnəyə qoyulmasında Azərbaycanın tanınmış incəsənət xadimləri fədakarlıq göstəriblər. İstedadlı rəssam Rüstəm Mustafayev, rejissor İsmayıl Hidayətzadə, baletmeyster İqor Arbatov, o cümlədən baş rolun ifaçısı Bülbül, balerina Qəmər Almaszadə və başqaları operanın ərsəyə gəlməsinə böyük əmək sərf ediblər.

  70 ildən çoxdur ki, “Koroğlu” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarından düşmür.  

***

  1945-ci il 30 apreldə alman diktatoru Adolf Hitler və bir gün öncə rəsmi evləndiyi Eva Braun Berlindəki sığınacaqlarında intihar etdilər.

***

  1975-ci ilin bu günləri Cənubi Vyetnam bütünlüklə Hanoy hakimiyyətinin nəzarəti altına keçdi və Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri Hind-Çin yarımadasından çıxarıldı. 30 apreldə Şimali Vyetnam qoşunlarının paytaxt Sayqondakı Azadlıq Sarayını alması ilə Vyetnam müharibəsi sona çatdı.

***

  1993-cü ilin 30 aprel tarixində dünya miqyasında mühüm və ən geniş ünsiyyət şəbəkəsi olan “World Wide Web” (www) yarandı.

  CERN "www" proqramı üzərindəki müəlliflik hüququnu aradan qaldırdıqdan sonra internetin istifadəsi hər kəsə sərbəst oldu, açıq qaynaq halına gəldi və bu sahə sürətlə genişlənməyə başladı.

***

  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı barədə 1993-cü ilin 30 aprel tarixində 822 nömrəli qərar qəbul etdi.

***

30 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur çex yazıçısı Yaroslav Qaşek 1883-cü ilin bu günü paytaxt Praqada anadan olub.

  Yaradıcılığa 20-ci əsrin əvvəllərində oçerk və yumoristik hekayələrlə başlayan Qaşekin “Əskər Şveykin sərgüzəştləri” satirik romanı ona böyük şöhrət qazandırıb. (1883-1923)

***

  "Yaxşı, pis, çirkin", "Bir ovuc dollar", "Bir zamanlar Amerikada", "Spagetti Western" kimi filmləri ilə tanınan məşhur İtaliya rejissoru Serxio Leone (Sergio Leone) 1989-cu ilin 30 aprelində 60 yaşında həyatdan köçüb.



Әlaqәli Xәbәrlәr