Tarixdə bu gün: 27 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1404675
Tarixdə bu gün: 27 aprel

***

  1064-cü ilin 27 aprelində Sultan Alparslan Səlcuqlu imperatorluğunun taxtını aldı. O gündən Abbasilər xilafəti Sultan Alparslanın adından xütbələr oxudu.

***

  Amerika Vətəndaş Müharibəsi başa çatdıqdan sonra şimal əsir əsgərlərini aparan "Sultana" buxar gəmisi 1865-ci il 27 apreldə Missisipi sularında batdı, 1700 nəfər həyatını itirdi.

***

  1909-cu ilin 27 aprelində Osmanlı Sultanı II Əbdülhəmid 33 illik hakimiyyətindən sonra taxtdan endirildi və yerinə V Mehmed keçdi.

***

  1920-ci il 27 apreldə bolşevik Rusiyasının 11-ci ordusu Azərbaycan ərazisinə daxil oldu. Ertəsi gün – aprelin 28-də bu ordu Bakını işğal etdi və Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla da demokratik cümhuriyyətin müstəqilliyinə son qoyuldu.

  Sovet hakimiyyəti Azərbaycanda 71 il sürdü və yalnız SSRİ dağıldıqdan sonra Azərbaycan respublikası öz suverenliyini yenidən bərpa etdi.

***

  Bu gün Afrikanın qərbində yerləşən Toqo respublikasının istiqlal günüdür.

  1960-cı il aprelin 27-dək Toqo BMT-nin himayəsi altında Fransanın idarə etdiyi ərazi idi. 

***

  Əfqanıstan prezidenti Məhəmməd Davud Xan və hökuməti 27 aprel 1978-ci ildə saatlar sürən küçə döyüşlərindən sonra qanlı çevrilişlə iqtidardan endirildi.

***

  27 aprel 1988-ci ildə Kardifdə (Cardiff) keçirilən Avropa Ağır Atletika Çempionatında ilk dəfə Türkiyə adına yarışa qatılan azərbaycanlı idmançı Naim Süleymanoğlu dünya rekordunu qırdı və üç qızıl medal qazandı.

***

  ABŞ-ın Los-Anceles şəhərində qara sürücünü döymək üstündə tutulan 4 polisə 1992-ci ilin 27 aprelində bəraət verildi. Bu qərardan sonra ölkənin bir çox şəhərində zənci amerikalılar qiyam qaldırdı. Günlərlə sürən qarşıdurma zamanı 54 nəfər öldü, yüzlərlə bina və nəqliyyat vasitəsi yararsız hala düşdü.  

***

27 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Portuqaliyalı dəniz səyyahı, tədqiqatçı və Yer kürəsinin dörddə birini gəzmiş Ferdinand Magellan növbəti dünya səyahəti zamanı 1421-ci ilin bu günü Filippinin Makta adasında yerli əhali ilə toqquşmada həlak oldu.

  Dəfələrlə müxtəlif dəniz ekspedisiyalarında iştirak edən Magellan Amerika ilə Asiya arasında okean olduğunu sübut edib, Yerin kürə şəkilli olduğunu və vahid dünya okeanının mövcudluğunu müəyyənləşdirib. (1480-1521)

***

  Məşhur Osmanlı Sultanı Süleyman Qanuni 1495-ci ilin 27 aprelində Trabzonda dünyaya gəlib.

  Sülalənin 10-cu hökmdarı olan Süleyman 45 il 11 ay hakimiyyətdə olub. Bu müddətdə o, 13 dəfə hərbi yürüşə çıxıb: Transilvaniya, Əlcəzair, İraq, Rodos, Ərdahan və digər ətraf əraziləri imperiyanın tərkibinə daxil edib. O dövrdə İspaniya və Almaniya imperatorluqları Osmanlı sultanına xərac verirdi.

  Süleyman Qanuni həmçinin öz dövrünün tanınan şairlərindən idi. Mühibbi təxəllüsü ilə yazdığı divanı 19-cu əsrdə çap olunmuşdu. (1495-1566)

***

  27 aprel 1979-cu ildə türkiyəli güləşçi, Dünya və Olimpiya çempionu Cəlal Atik vəfat edib. (1918-1979)

***



Әlaqәli Xәbәrlәr