Tarixdə bu gün: 24 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1400707
Tarixdə bu gün: 24 aprel

***

  24 aprel 1512-ci ildə IX Osmanlı padşahıilk Osmanlı xəlifəsi Sultan Səlim Yavuz taxta çıxdı.

***

  1877-ci ilin 24 aprelində Rusiya Eflak və Boğdana girərək Osmanlı dövlətinə müharibə elan etdi. Beləliklə, “93 Hərbi” adlanan Osmanlı-Rusiya müharibəsi başladı.

***

  1945-ci ilin bu günü Amerika və Sovet qoşunları Berlinin mühasirəsini başa vuraraq Torqau şəhərində Elba çayı üzərindəki körpüdə görüşdülər.

  Bu əməliyyat alman qoşunlarını III Reyxin qalan hissəsindən ayırdı və demək olar ki, bütün rabitə vasitələrindən məhrum etdi. 

***

  24 aprel 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində yeni müstəqillik qazanan 29 Afrika və Asiya ölkəsinin bir araya gəldiyi konfrans başa çatdı. Yekun bəyannaməsində müstəmləkəçilik və irqçiliyə son qoyulması tələb olundu.

***

  1957-ci ildən 24 Aprel Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü olaraq qeyd edilir.  

***

  Sovet kosmonavtı Vladimir Mixayloviç Komarov 24 aprel 1967-ci ildə “Soyuz 1” kosmik gəmisində vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib. V.M.Komarov kosmos missiyası zamanı həyatını itirən ilk kosmonavtdır. 

***

  1980-ci ildə İranda girov saxlanılan 52 Amerika vətəndaşı ölkədəki ABŞ Səfirliyi və hərbçilərinin basqını ilə 24 apreldə xilasetmə əməliyyatı keçirdi, ancaq uğursuz oldu. Qarşıdurma 8 Amerika əsgərinin ölümü ilə nəticələndi.

***

  2004-cü ilin 24 aprelində Kiprdə "Annan planı" üçün referendum keçirildi. Planı yunanlar rədd etdiyi üçün həyata keçmədi.

***



Әlaqәli Xәbәrlәr