Tarixdə bu gün: 13 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1396674
Tarixdə bu gün: 13 aprel

 

***

  1204-cü il 13 apreldə Bizans İmperiyasının paytaxtı Konstantinopol (İstanbul) IV Səlib Yürüşünə qatılanlar tərəfindən ələ keçirildi və 3 gün boyu talan edildi. Minlərlə insanın öldüyü işğaldan sonra şəhərdə 57 il davam edəcək Latın Krallığı quruldu.

***

  1895-ci ilin bu günü qədim Pompeydə aparılan qazıntılar zamanı “Antik xəsis cəngavər” skeleti tapıldı. Skeletin ətrafında külli miqdarda xəzinə - gözəl qolbaqlar, üzüklər, qızıl zəncirlər, 108 əşyadan ibarət gümüş servislər var idi.

  Pompeydən tapılan bütün xəzinə gizli şəkildə Rotşildlər ailəsinə satıldı. Alverçilərdən biri bunu açıqladıqdan sonra böyük qalmaqal yaransa da, İtaliya hökuməti xəzinəni geri qaytara bilmədi. Hazırda Pompey xəzinəsi bütünlüklə Parisin Luvr muzeyində saxlanılır. 

***

  13 aprel 1909-cu ildə Osmanlı imperiyasında II Hökumətin elanından sonra rəhbərliyə qarşı 31 Mart Qiyamı başladı.

  Qiyam rumi təqviminə görə 31 mart 1325-ci ildə başladığı üçün bu adla tarixə düşüb.

***

  1945-ci il aprelin 13-də Sovet Ordusu Avstriyanın paytaxtı Vyanaya daxil oldu. Lakin faşizmdən azad edilmiş digər ölkələrdən fərqli olaraq Avstriya sosialist düşərgəsinə qoşulmadı.  

***

  13 aprel 1999-cu ildə qərara alındı ki, Azərbaycan prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh Mükafatı verilsin.

***

 13 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Fransanın təmsillərlə tanınan şair və uşaq ədəbiyyatı yazıçısı Jan de La Fonten (Jean de La Fontaine) 1695-ci ilin bu günü həyatdan köçüb. (1621-1695)

***

  Azərbaycanın görkəmli riyaziyyat alimi, akademik Maqsud Cavadov 1902-ci ilin 13 aprelində anadan olub.

  M.Cavadovun riyazi kəşfləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.

  Alimin ölkəsi üçün ən mühüm elmi xidmətlərindən biri  Azərbaycan dilində riyazi ədəbiyyat və istilahların (terminlərin) yaradılmasında əvəzsiz roludur. (1902-1972)

***

  Tanınmış Azərbaycan jurnalisti, “Qızıl qələm” mükafatı laureatı, bir neçə kitabın müəllifi Osman Mirzəyev 1937-ci ilin bu günü dünyaya gəlib.

  Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd səmasında ermənilərin raketlə vurduğu vertolyotun Azərbaycanın ziyalı qaymaqları ilə birlikdə həlak olub. (1937-1991)

***

  Müasir alman ədəbiyyatının tanınmış roman yazıçısı, dramaturq və şairi, Nobel ədəbiyyat mükafatı sahibi Günter Qrass (Günter Wilhelm Grass) 2015-ci ilin 13 aprelində 84 yaşında dünyasını dəyişib.

  Günter Qrass daha çox İsraili tənqid etməsi ilə gündəmə gəlib. O, İsraili İranı "Yer üzündən silmək" niyyətində olmaqda ittiham edib. Solçu yazar "Bu deyilməlidir" poeması vasitəsilə həyacan təbili çalaraq, dünyanı "İsrailin İran xalqını yer üzündən silmək" planlarından yazıb.

  İsrailin qəzəbinə səbəb olan Günter Qrass İsraildə “qadağan edilmiş şəxs” (“persona non qrata”) elan edilmişdi. (1927-2015)

***  



Әlaqәli Xәbәrlәr