Tarixdə bu gün: 11 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1393916
Tarixdə bu gün: 11 aprel

***

  11 aprel bütün dünyada Faşist Əsirliyindən Azad Edilənlərin Günü kimi qeyd edilir.

  Rəsmi məlumata görə, İkinci Dünya Müharibəsi dövründə faşist düşərgələrində 18 milyon məhbusun 11 milyonu həlak olub. 

***

  11 aprel 1905-ci ildə Albert Eynşteyn zaman, məkan və hərəkətin bir-birinə bağlı izafi hadisələr olduğunu ehtiva edən nisbilik nəzəriyyəsini açıqladı.

***

  1907-ci ilin bu günü Həştərxanda Azərbaycan dilində “Həmiyyət” adlı həftəlik ictimai-siyasi qəzetin ilk nömrəsi çıxdı. Qəzetdə Azərbaycan xalqı və Volqaboyu müsəlmanların həyatından bəhs edən yazılar dərc edilirdi.

***

  Sosial ədalət və ictimai sülhü təmin etmək məqsədilə 1919-cu ilin 11 aprelində Beynəlxalq Əmək Təşkilatı yaradıldı.

***

  1920-ci il 16 martda İstanbulun işğalı ilə sona çatan Osmanlı Məclisi Sultan Vəhdəddin tərəfindən 11 apreldə rəsmən bağlanıldı. Bu qərardan sonra Mustafa Kamal Paşa Nümayəndələr Komitəsinin sədri olaraq təyin edildiyi Qapalı Məclisi Ankarada köçürdü.

***

  Türkiyədə qadınlara bələdiyyə seçkilərində seçmək və seçilmək hüququ verildikdən sonra 11 aprel 1930-cu ildə Türkiyə Qadınlar Birliyi Sultan Əhməd meydanında “Böyük qadın mitinqi" keçirərək qazandıqları haqq münasibətilə bütün qadınları təbrik etdi.

***

  “Apollo 13” "İnsanlı Ay" missiyası üçün 1970-ci ilin 11 aprelində ABŞ-dan kosmosa buraxıldı. Uçmasından 2 gün sonra kosmik gəmi nasazlıq səbəbindən qəzaya uğradı: missiya uğursuzluğa düçar oldu. Ancaq “Apollo 13”də üç astronavt dövrün ən böyük kosmik xilasetmə əməliyyatı ilə Yer kürəsinə geri gətirildi. Bu hadisə kosmos tarixinə "Uğursuz uğur" olaraq düşdü.

***

  11 aprel 1997-ci ildə Beynəlxalq Atatürk Sülh Mükafatının Bosniyada xidmət edən Türkiyə Sülh Ordusuna verilməsi qərara alındı.

***

  İtaliyada 43 il tapılmayan məşhur mafiya atası Bernardo Provenzano 2006-cı ilıin 11 aprelində Korleone (Corleone) kəndində bir mühafizəçisi ilə tərəvəz şorbası içərkən yaxalandı.

***

11 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə akademik Musa Əliyev 1908-ci ilin bu günü anadan olub.  

  Alim Kiçik Qafqazın təbaşir çöküntülərini, SSRİ-nin cənub rayonlarının neftli-qazlı sahələrində yura və təbaşir çöküntülərini tədqiq edib. Akademikin nəticələri əsasında Manqışlaq, Orta Asiya və Şimali Qafqazın Mezozoy çöküntülərinin dəqiq bölgüsü verilib.

  Musa Əliyev dəfələrlə beynəlxalq geoloji konqreslərdə elmi məruzələrlə çıxış edib. O həm də “Azərbaycan geologiyası” adlı çoxcildli elmi əsərin müəlliflərindən biridir. (1908-1985)

***

  1911-ci ildə 32 gecədə 43 yarışa girərək dünya çempionu adını qazanan məşhur Türkiyə güləşçisi Kurtdereli Mehmet Pehlivan 1939-cu ilin 11 aprelində vəfat edib. (1864-1939)

***



Әlaqәli Xәbәrlәr