Tarixdə bu gün: 10 aprel
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

***
1840-cı ildə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Balakən, Yelizavetpol, Naxçıvan, Talış, Şəki və Şirvan qəzaları yaradıldı.
***
Osmanlı dövlətində Tanzimat zamanından əvvəl subaşı, asesbaşı kimi titullarla adlanan zabitə sistemini müasir dövrə uyğunlaşdırmaq məqsədilə 10 aprel 1845-ci ildə Türkiyə Polis Təşkilatı yaradıldı.
***
10 aprel 1926-cı il tarixində Türkiyədə hər cür şirkət və müəssisələrdə, proses və qeydiyyatlarda “türk” adının istifadəsinin zəruriliyinə dair qanun qəbul edildi.
***
1941-ci ilin 10 aprelində Xorvatiya dövlət müstəqilliyini elan etdi, 1946-cı ildə isə Yuqoslaviya Xalq Respublikasının tərkibinə daxil oldu.
***
10 aprel 1998-ci ildə Belfasda Şimali İrlandiya 29 illik vətəndaş müharibəsinə son qoyan "Yaxşı cümə" müqaviləsi imzalandı.
***
1998-ci 10 aprel tarixində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi.
***
10 aprel 2010-cu ildə Polşadan Rusiyaya uçan sərnişin təyyarəsi Smolensk hava limanına yaxınlaşarkən qəzaya uğradı. Qəza zamanı aralarında Polşa prezidenti Leç Kaçinski (Lech Kaczynski) və həyat yoldaşı da daxil olmaqla 96 nəfər həyatını itirdi.
***
10 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Dahi Azərbaycan rəssamı, Təbriz miniatür məktəbinin yaradıcısı, dünya incəsənətinin klassiki Nizaməddin Sultan Məhəmməd 1470-ci ilin bu günü dünyaya gəlib.
XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynayan, dövrün istedadlar nəslinə rəhbərlik edən Nizaməddin Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub.
Onun əsərlərindən "Şahnamə" (1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin "Xəmsə"si (1539-1543) Londondakı Britaniya, Hafizin "Divan"ı Kembricdəki Foqq muzeylərindədir.
Londandakı Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizaminin "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir.
Yaxın və Orta Şərq miniatür sənətinin inkişafında Nizaməddin yaradıcılığının əvəzsiz rolu danılmazdır. (1470-1555)
***
Tanınmış Azərbaycan alimi, fizika-riyaziyyat üzrə professor Abbasqulu Abbaszadə 1906-cı ilin bu günü Təbrizdə anadan olub.
Ötən əsrin 20-ci illərində Bakıya köçən Abbasqulu 1930-cu ildə Bakı Dövlət Universitetini bitirib.
Molekulyar fizika və termodinamikanın inkişafında böyük xidmətləri olan, Rusiya Pedoqoji Elmlər Akademiyasının müxbir üzvü seçilən (1957) Azərbaycan alimi Abbasqulu Abbaszadə 18 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir. (1906-1969)
***
10 aprel 1950-ci ildə Türkiyə İstiqlal Müharibəsinin (Kurtuluş Savaşı) ən mühüm şəxsiyyətlərindən biri, Cümhuriyyətin ilk milli müdafiə naziri, ilk baş qərargah rəisi marşal Fevzi Çakmak 74 yaşında dünyadan köçüb.
23 il Türkiyə respublikasının baş qərargah rəisi vəzifəsini icra etmiş F.Çakmak cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk və İsmət İnönünün ən yaxın silah yoldaşı idi. O, yüz minlərlə insanın qatıldığı bir mərasimlə torpağa tapşılıb. (1876-1950)
***
Әlaqәli Xәbәrlәr

Tarixdə bu gün: 19 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 9 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.