Tarixdə bu gün: 8 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1392541
Tarixdə bu gün: 8 aprel

***

  1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb. Bir növ incəsənət akademiyası olan bu kitabxanada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstərirdilər.

  Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanmışdı. 

***

  1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Osmanlı imperatorluğunun tərkibindən çıxan Krım xanlığı 10 il belə keçmədən - 1783-cü ilin 8 aprelində II Yekaterinanın əmri ilə Rusiya (Romanovlar) tərəfindən işğal edildi.

***

  1982-ci ilin 8 aprelində erməni terror təşkilatı ASALA-nın etdiyi hücumda Türkiyənin Kanada Səfirliyinin ticarət müşaviri Kani Güngör ağır yaralandı və əlil arabasına məhkum oldu.

***

  2003-cü il aprelin 8-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində tikinti işləri başladı.

  Xatırladaq ki, 1762 kilometr uzunluğunda kəmərin 443 km.-i Azərbaycan, 249 km.-i Gürcüstan və 1070 km.-i Türkiyə əraizisndən keçir. 

***

8 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli musiqi xadimi, tarzən Məmmədxan Bakıxanov 1890-cı ilin bu günü anadan olub.

  Bakıda Şərq Konservatoriyasında çalışan (1920) tarzən Əli Bayramov adına klubda ilk dəfə (1923) azərbaycanlı qadınlardan ibarət xalq çalğı alətləri orkestri yaradıb.

  M.Bakıxanov Azərbaycanın görkəmli sərkərdəsi Əliağa Şıxlinskinin təşəbbüsü ilə (1924) hərbi kursantların xalq çalğı alətləri orkestrini təşkil edib.

  50 yaşından (1940) ömrünün sonunadək tarzən Məmmədxan Bakıxanov Azərbaycan Dövlət Filarmoniyasının tarxən solisti olub.(1890-1957)

***

  Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev 1912-ci ilin bu günü doğulub.

  N.Rəfiyev 1941-ci ildə tank batalyonu komandiri olaraq Ukrayna cəbhəsində döyüşüb, sonra Belorusun azad edilməsi uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərib, 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (1912-1970)

***

  Bu gün məşhur fransız rəssamı, ictimai xadimi, İspaniya vətəndaş müharibəsini əks etdirdiyi “Guernica” əsərilə dünyaya səs salan Pablo Pikassonun (Pablo Ruiz Picasso) xatirə günüdür.

  Mürəkkəb, ziddiyyətli və çoxşaxəli yaradıcılığı ilə fərqlənən rəssam müxtəlif dövrlərdə yaratdığı əsərlərdə ekspressionizm, neoklassizm, kubizm, sürrealizm və başqa cərəyanların prinsiplərinə əsaslanaraq nadir sənət nümunələri yaradıb.

  Pablo Pikasso 1973-cü ilin 8 aprelində 92 yaşında Parisdə dünyasını dəyişib. (1881-1973)

  Bir sərgisi zamanı alman generalı ondan soruşur: “Guernica” rəsmini siz yaratmısınız?” O isə: “Xeyir, siz yaratdınız" deyə cavab verib.

***

  İngiltərənin ən uzun müddətli və ölkənin ilk qadın baş naziri Marqaret Tetçer (Margaret Thatcher) 2013-cü ilin 8 aprelində 87 yaşında dünyasını dəyişib. (1925-2013)

***



Әlaqәli Xәbәrlәr