Tarixdə bu gün: 7 aprel
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
***
1789-cu ilin 7 aprelində Osmanlı Sultanı I Əbdülhəmid vəfat etdi, yerinə III Səlim taxta çıxdı.
***
Kibrit yaradan ingilis kimyaçısı Con Uolkerin bu icadı 1827-ci ilin 7 aprelindən İngiltərədə bazarlara girdi.
***
Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-cı ilin 7 aprelində Tiflisdə çapdan çıxdı. Həmin vaxtdan etibarən 1918-ci ilədək bu jurnal Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olundu.
Jurnalın redaktoru və naşiri görkəmli nasir və jurnalist Cəlil Məmmədquluzadə idi. Bütün təqib və təzyiqlərə baxmayaraq “Molla Nəsrəddin”in haqq səsi Qafqazın hüdudlarını aşaraq Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi.
Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdülrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Cəfər Cabbarlı, Əliağa Vahid, Böyükağa Talıblı kimi ədiblər, Əzim Əzimzadə, Şmerlinq, Rotter kimi rəssamlar jurnalda fəal iştirak edib. Həmin illərdə “mollanəsrəddinçilər” nəsli formalaşmışdı.
***
Dənizkənarı Bulvar İdarəsi Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edib.
İdarədən bildirilib ki, tarixi faktlar Bulvarın aprelin 7-də yarandığını göstərir.
1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır.
Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci nömrəsində Hacınskinin Dənizkənarı Bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırır ki, iqtisadi cəhətdən də sərfəlidir - yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.
Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 1909-cu il aprelin 7-dən başlanmasına dair müsbət rəylər veriblər.
Qeyd edək ki, bu il Dənizkənarı Bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
***
II Dünya Müharibəsi zamanı - 7 aprel 1939-cu ildə İtaliya Albaniyanı işğal etdi.
***
1948-ci il aprelin 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində Ümumdünya Səhiyyə Təşkilatı (WHO) yaradıldı.
Təşkilatın əsas məqsədi bütün dünya xalqlarının sağlamlığını yüksək səviyyəyə qaldırmaqdır.
1949-cu ildən 7 aprel Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 200-dək üzvü var.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildən həmin təşkilata qəbul edilib.
***
7 aprel 1964-cü ildə Türkiyənin o zamankı baş naziri İsmet İnönü Kiprin prezidenti Makariosa adadakı türklərin hüquqlarını qorumaq üçün xəbərdarlıq məktubu göndərdi və Kipr Konstitusiyasının dəyişdirilməsinə Türkiyənin göz yummayacağını dedi.
***
7 aprel 1969-cu ildə yaradılan internetin simvolik olaraq ad günüdür.
Bu il 50 ildən çoxdur ki, internet həyatının içindıyik.
***
1978-ci ilin 7 aprelində ABŞ prezidenti Cimmi Karter (Jimmy Carter) Neytron bombasının təkmilləşdirilməsiişinin dayandırılmasına qərar verdi.
***
7 aprel 2017-ci ildə ABŞ ordusu Aralıq dənizindəki döyüş gəmilərindən İdlibdə kimyəvi silah istifadə edən Suriya ordusunu raketlərilə vurdu.
***
7 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Azərbaycan ədəbiyyatında faciə janrının banisi, tanınmış dramaturq və jurnalist Nəcəf bəy Vəzirov 1854-cü ilin bu günü dünyaya gəlib.
İlk pyeslərini 20 yaşında qələmə alan Nəcəf bəy Moskvadakı Petrovski – Razumovski adına Kənd Təsərrüfatı Akademiyasını bitirib, sonra Azərbaycana qayıdaraq Tərtər, Dilican bölgələrində meşəbəyi işləyib. Elə həmin illərdə “Əkinçi” qəzetində də publisistik yazıları ilə çıxış edib, “Ev tərbiyəsinin bir şəkli”,
“Gəmi lövbərsiz olmaz”, “Daldan atılan daş topuğa dəyər”, “Adı var, özü yox” pyeslərini yazıb.
41 yaşında (1895) Bakıya gələrək məhkəmə vəkili işləyib, eyni zamanda “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını, “Pəhləvani-zəmanə” və “Müsibəti-Fəxrəddin” pyeslərini qələmə alıb. (1854-1926)
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.