Tarixdə bu gün: 5 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1389124
Tarixdə bu gün: 5 aprel

***

  5 aprel 1897-ci ildə Osmanlı dövləti ilə Yunanıstan arasındaOtuz gün savaşı” adlandırılan müharibə başladı.

***

  1930-cu ilin 5 apreldə Hindistanda 300 mil məsafəlik “Duz yürüşü”nü başa çatdıran Mahatma Qandi Dandil sahilinə yetişdi.  

  Qeyd edək ki, Hindistanda Britaniyaya verilən duz vergisinə etiraz olaraq M.Qandinin rəhbərliyilə 1930-cu ildən başlayan “Duz yürüşü” ilə xalq və ölkənin bütövlükdə İngiltərəyə qarşı hərəkatı yarandı.

***

  1951-ci ilin 5 aprelində ABŞ kommunistləri Etel və Yuli Rozenberq (Ethel və Julius Rosenberg) cütlüyü Sovet İttifaqına casusluqda ittiham edilərək həbs olundu. Heç bir dəlilə əsaslanmayan bu qərar dünyanın diqqətini çəkdi. Bütün reaksiyalara baxmayaraq ABŞ Dövlət Departamentinin tapşırığı ilə edam qərarı icra olundu.

***

  5 aprel 1992-ci ildə Bosna Herseqovina hökuməti dövlət müstəqilliyini elan etdi.

***

  1998-ci ilin 5 aprelində Yaponyada Kobe şəhəri ilə Avaci adasını bir-birinə bağlayan dünyanın ən uzun asma körpüsü - Akaşi Kaikyo istifadəyə verildi.

  Qeyd edək ki, 1991 metr uzunluğundakı körpünün tikintisi 10 il sürüb.

***

5 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İngilis filosofu Tomas Hobbs (Thomas Hobbs) 1588-ci ilin bu günü doğulub.

  Oksford Universiteti məzunu Tomasın dünyagörüşünün formalaşmasına Bekon, Qaliley və Dekartın böyük təsiri olub.

  Mexaniki materializm təlimini inkişaf etdirən, Bekon materializmini sistemləşdirən Hobbsa görə, dünya mexaniki hərəkət qanununa tabe cisimlərin məcmuyudur.

  Bütün ideyaları hisslərə bağlayan Tomas Hobbs onların müqayisə, birləşmə, ayrılma metodu təlimini də inkişaf etdirib. (1588-1679)

***

  1877-1878-ci illər Osmanlı - Rusiya müharibəsində Plevne müdafiəsi ilə adını türk tarixinə yazdıran məşhur sərkərdə Qazi Osman Nuri Paşa 1900-cü ilin 5 aprelində 68 yaşında İstanbulda dünyasını dəyişib. (1832-1900)



Әlaqәli Xәbәrlәr