Tarixdə bu gün: 31 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1386799
Tarixdə bu gün: 31 mart

***

   1889-cu ilin 31 martında Fransa İnqilabının 100 illiyi münasibətilə Eyfel qülləsinin açılışı oldu.

  Mühəndis Aleksandr Qustav Eyfel elan olunan müsabiqədə qalib gəldikdən sonra onun layihəsi əsasında qüllə ucaldılır. Hündürlüyü 320 metr olan qüllə 3 hissədən ibarətdir: birinci mərtəbə 57, ikinci 115, üçüncü mərtəbə isə 276 metr hündürlükdə yerləşir. Bünövrəsi tərəfləri ilə birlikdə 100 metrdən ibarət kvadrat şəkilndədir.

  İlk vaxtlar qüllədən yalnız 20 il ərzində istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin 1910-cu ildə Fransa hökumətinin qərarı ilə bu müddət daha 70 il uzadıldı.

   Artıq Parisin simvollarından bir olan Eyfel qülləsi bu gün də insanların xidmətindədir. 2002-ci ildə Eyfel qülləsinə 200 milyonuncu adam baş çəkib. 

***

  31 mart 1917-ci ildə Amerika Birləşmiş Ştatları Vircin adalarının bir qismini Danimarkadan 25 milyon Amerika dollarına satın aldı.

***

  1918-ci il martın 31-də Azərbaycanın paytaxtı Bakıda erməni daşnakları azərbaycanlılara qarşı dəhşətli soyqırım törədiblər.

  Sovetlərin Bakı komissarı Stepan Şaumyanın başçılığı ilə qırğınlar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirilib, Qarabağ, Zəngəzur və Azərbaycanın başqa bölgələrində daha amansız şəkil alıb.

  Törədilən bu terror və soyqırım Azərbaycan torpaqlarının etnik təmizlənməsinə, ermənilərin Azərbaycanda siyasi və iqtisadi ağalığının təmin edilməsinə yönəldilmişdi.

  1998-ci il martın 26-da Azərbaycan prezidenti Heydər Əliyevin Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırım Günü elan edilib.

***

  1992-ci ilin bu günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təsis olundu. Məhz bundan sonra Azərbaycan futbolu dünya futbol federasiyası FİFA və Avropa Futbol Federasiyası UEFA-ya daxil ola bildi.

***

31martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dahi alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach) 1685-ci il martın 31-də anadan olub.

  Bəstəkarın mindən çox əsəri dünyanın əksər ölkələrində bu günədək ifa olunur və sevilir. 

  Baxın “Tokkata” əsəri isə əsasən Azərbaycanın Bayatı-Şiraz muğamının motivləri əsasında bəstələnib. (1685-1750)

***

  Dahi ingilis fiziki, riyaziyyatçısı və astronomu İsaak Nyuton (İsaac Newton) 1727-ci ilin bu günü 84 yaşında dünyadan köçüb.

  Nyutonun ümumdünya cazibə qanunu bütün dünya elmində əsl bir inqilabdır. 

  Qazandığı elmi nailiyyətləri nəzərə alaraq onu Britaniya parlamentinə üzv seçmişdilər. Lakin siyasətdən uzaq alim parlamentdə bircə təklif vermişdi: salon bürkülü olduğu üçün pəncərələri açmağı xahiş etmişdi. (1643-1727)

***

  Rusiyada bəzi adət-ənənə və qadınların vəziyyətinin kökündən dəyişməsi üçün radikal mövqeyilə tanınan, inqilabçı-yazıçı və diplomat Aleksandra Kollontay 1872-ci ilin bu günü anadan olub. (1872-1952)



Әlaqәli Xәbәrlәr