Tarixdə bu gün: 29 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1386776
Tarixdə bu gün: 29 mart

***

  29 mart 1430-cu ildə Sultan II Muradın əmrilə yola çıxan Osmanlı ordusu Selaniki fəth etdi.

***

  1555-ci ildə Osmanlı və Səfəvi imperiyaları arasında daha bir müharibə sona çatdı və 29 martda Amasya Sülh müqaviləsi bağlandı. Anlaşmaya görə, Van gölünün ətrafı, İmeretiya, Menqreliya və Quriya osmanlıların, Mesxetiya, Kartli Kaxeti isə Səfəvilərin hakimiyyətinə keçdi.  

***

  1803-cü ilin bu günü Rusiya qoşunları Zaqatala yaxınlığındakı Car dağ kəndini işğal edərək öz ərazilərinə qatdılar. Bu hadisə uzun müddət sovet tarixçiləri tərəfindən Dağıstan xalqının könüllü olaraq Rusiyaya birləşməsi kimi təqdim edildi. Əslində isə bu hadisə Azərbaycanın Şimal ərazilərinin Rusiyaya ilhağı prosesinin başlanğıcı idi. 

***

  Kubada Fidel Kastro hökumətinə qarşı ABŞ-ın təxribatı ilə reallaşan "Donuzlar körfəzi" qarşıdurmasında tutulan fəallar və Kastro əleyhdarları 1962-ci ilin 29 martında paytaxt Havanada ilk dəfə məhkəməyə çıxarıldılar.

FOTOĞRAF KODU: TARİHTE BUGÜN_29 MART_

***

  Hökumətə qarşı silahlı mübarizəyə qalxan Uqanda Milli Qurtuluş Ordusu milisləri paytaxt Kampalaya çatmadan diktator İdi Amin ölkəni tərk etdi (29 mart 1979).

  Qeyd edək ki, İdi Aminin iqtidarda qaldığı dövrdə Uqandada 500 minə yaxın adam onun hökuməti tərəfindən öldürülmüşdü.

FOTOĞRAF KODU: TARİHTE BUGÜN_29 MART_

***

  29 mart 2004-cü ildə NATO tarixinin ən böyük genişlənməsi reallaşdı: Bolqarıstan, Rumıniya, Slovakya, Slovenya, Estonya, Litva və Latviya təşkilatın üzvü oldular.

FOTOĞRAF KODU: TARİHTE BUGÜN_29 MART_

***

  29 mart 2010-cu ildə Rusiyanın paytaxtı Moskvada iki ayrı-ayrı metro stansiyasında baş verən intihar hücumlarında 40 nəfər həyatını itirdi.

***

29 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Şair Mirzəli Möcüz 1873-cü ilin bu günü Cənubi Azərbaycanın Şəbüstər şəhərində anadan olub.

  Əsasən satirik şeirlər yazan Möcüzə “Molla Nəsrəddin” ədəbi məktəbi, xüsusilə Sabirin şeirləri güclü təsiri göstərib.

  Şəbüstərinin yaradıcılığında vətənpərvərlik və milli azadlıq ideyalarının tərənnümü, maarif və mədəniyyətə çağırış mühüm yer tutur.

  Mirzəli Möcüzün 1945-ci ildə Təbriz, 1954 və 1982-ci illərdə Bakıda “Seçilmiş əsərləri” buraxılıb. (1873-1934)

***

  29 mart Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun xatirə günüdür. (O, 1875-ci ildə dünyaya gəlib.)

  S.S.Axundov Qoru seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedoqoji fəaliyyət göstərib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib.

  Süleyman Saninin uşaqlar üçün qələmə aldığı “Qorxulu nağıllar” silsiləsindən hekayələri geniş yayılıb. Onlardan biri olan “Qaraca qız” hekayəsi əsasında Azərbaycanda bədii film də çəkilib və tamaşaçılar tərəfindən sevilib. 

   Süleyman Sani Axundov 1939-cu ilin 29 martında dünyasını dəyişib. (1875-1939)

***

  1956-cı ilin bu günü Türkiyənin tanınmış rejissoru və prodüseri Fuad Uzkınay dünyadan köçüb.

  Fuad Uzkınay Ayastefanosdakı rus abidəsinin yıxıdılmasını lentə alaraq Türkiyə kinosunun ilk filmini çəkməsilə türk mədənəiyyət tarixinə düşüb. (1888-1956)

***

  1966-cı ilin 29 martında Türkiyənin tanınmış memarı, roman yazıçısı və uşaq romanları müəllifi, Malkoçoğlu obrazının yaradıcısı Abdullah Ziya Kozanoğlu dünyadan köçüb. (1906-1966)

***



Әlaqәli Xәbәrlәr