Tarixdə bu gün: 28 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1386467
Tarixdə bu gün: 28 mart

***

  Bu gün Azərbaycan Milli Təhlükəsizlik orqanlarında çalışanların bayramıdır.

  1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Həmin ilin iyununda bu bölmələr əsasında xüsusi xidmət orqanı fəaliyyətə başladı. Təşkilatın ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar oldu.

  Azərbaycan prezidenti Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla 28 mart Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramıdır. 

***

  28 mart 1930-cu ildə Türkiyə Cümhuriyyəti hökuməti xarici ölkələrdən Türkiyədəki şəhərlər üçün türkcə adları istifadə etmələrini rəsmən tələb etdi.

***

  İspaniyada 1936-cı ildən başlayan vətəndaş müharibəsi 3 il sonra (1939) 28 mart tarixində general Frankonun Madridi ələ keçirməsilə sona çatdı və ölkədə 1975-ci ilə qədər sürəcək “Franko diktatorluğu dövrü” başladı.

***

  28 mart 1944-cü ildə Türkiyənin Adapazarı rayonu ərazisində güclü zəlzələ oldu, 2831 nəfər həyatını itirdi.

***

  1965-ci ilin 28 martında Amerika Birləşmiş Ştatlarının Alabama əyalətində Martin Lüther Kinqin (Martin Luther King) başçılığı ilə 25 min nəfər vətəndaş haqları uğrunda və irçilik əleyhinə nümayişə çıxdı.

***

  28 mart 1970-ci ildə Türkiyənin Kütahya rayonunun Gediz qəsəbəsi zəlzələdən sarsıldı. 1086 adamın həyatını itirdiyi bu zəlzələdə təxminən 10 min ev yerlə bir oldu.

***

  1991-ci ilin 28 mart tarixində İraqın Kərkük vilayətinə bağlı Altınköprü qəsəbəsində türkmənlərə qarşı Altınköprü qırğını törədildi. Aralarında uşaqların da olduğu 100-dən çox türkmən Səddam Hüseyn hökuməti tərəfindən gülləyə tutuldu.

***

28 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli Çex pedaqoqu və ictimai xadimi Yan Amos Komenski 1592-ci ilin bu günü dünyaya gəlib.

  Gənclik illərində keşiş olan Yan Amon 1648-ci ildən “Çex qardaşlarıprotestant icmasının başçısı olub.

  Yan Amon Komenskinin tərtib etdiyi dərsliklər dünyanın müxtəlif ölkələrində 150 ildən artıq tədris edilib. 

  Dərs ilinin başlanğıcı və sonu anlayışını məhz Komenski yaradıb. O həmçinin ili rüblərə bölərək dərs gününün davamiyyətini müəyyənləşdirib, sinif-dərs-təlim formasını hazırlayıb. (1592-1670)

***



Әlaqәli Xәbәrlәr