Tarixdə bu gün: 27 mart

Trixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1385881
Tarixdə bu gün: 27 mart


Trixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

 

1964-cü ilin 27 mart tarixində Prezident Makariosun ikinci Türk nazirini də vəzifədən kənarlaşdırması təzyiqi yüksəldib.Makarios  Rauf Denktaşın da adaya daxil olmasını qadağan edib.

 

1961-ci ilin 27 mart tarixində Beynəlxalq Teatr Birliyi 27 mart tarixini '' Ümumdünya Teatrlar Günü'' elan edib.

 

1968-ci ilin 27 mart tarixində dünyanın ilk kosmonavtı Yuri Qaqarin 34 yaşında vəfat edib.

 

1976-cı ilin 27 mart tarixində Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə bağlanıb. Müqaviləyə əsasən, Amerika Birləşmiş Ştatlarına Türkiyədə  hərbi baza qurmasına icazə veriləcəkdi, ABŞ da Türkiyəyə 15 milyard dollar vəsait verəcəkdi.

 

1977-ci ilin 27 mart tarixində aviasiya tarixinin ən böyük fəlakətlərindən biri  İspaniya Kanar adasındakı Tenerife hava limanında  yaşanıb.
KLM aviaşirkətinə məxsus sərnişin təyyarəsi Pan Am aviaşirkətinə məxsus şərnişin təyyarəsi ilə toqquşub. Qəza nəticəsində 583 nəfər həlak olub, 70 nəfər də yaralanıb.

 



Әlaqәli Xәbәrlәr