Tarixdə bu gün: 26 mart

26 mart təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismini təqdim edirik.

1385054
Tarixdə bu gün: 26 mart

26 mart 1827ci ildə dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiquru Lüdviq van Bethoven 57 yaşında dünyasını dəyişib.

26 mart 1942-ci il tarixində Almaniyadakı Nasist hakimiyyəti yəhudiləri Polşadakı Auşvitz həbs düşərgəsinə aparmağa başladı. II Dünya müharibəsinin sonunadək təxminən 1 milyon 300 min nəfərdən bir milyon 100 mini qaz otaqlarında yaxud güllələnərək öldürüldü.

***
26 mart 1971-ci ildə Şərqi Pakistanın Banqladeş adı ilə müstəqillik elan etməsi qarşısında ölkədə vətəndaş müharibəsi başladı. Vətəndaş müharibəsində 3 milyona yaxın insan öldü.

***
26 mart 1995-ci il tarixində Türk kinosunun "Kiçik xanımı" Belgin Doruk 58 yaşında dünyasını dəyişdi..



Әlaqәli Xәbәrlәr