Tarixdə bu gün: 25 mart

25 mart təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismini təqdim edirik.

1384296
Tarixdə bu gün: 25 mart

25 mart 1611-ci ildə məşhur türk səyyahı və səyahət yazarı Övliya Çələbi İstanbulda anadan oldu.
50 ildən artıq müddət Avropa, Anadolu, Orta Şərq və Misirdə gəzən Övliya Çələbi 10 cildlik "Seyahatnamə" kitabı ilə müşahidələrini zəmanəmizə qədər çatdırdı.


25 mart 1957-ci ildə Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi yaradılması haqqında Roma müqaviləsini imzaladı. Müqavilə
1 yanvar 1958-ci il tarixində qüvvəyə mindi.

***
25 mart 1976-cı ildə qələmə aldığı Atatürk və İsmət İnönü dövrlərini şərh edən "Tək Adam" və"İkinci Adam" əsərləriylə Türkiyə Cümhuriyyətinin ilk illərinə işıq tutan yazar Şevket Süreyya Aydemir 79 yaşında dünyasını dəyişdi.



25 mart 2019-cu ildə ABŞ İsrailin 1967-ci ildən bəri işğal etdiyi Qolan təpələrilə bağlı suveren hüquqlarını tanıdığını açıqlaadı. Bu qərar başda Türkiyə olmaqla bir çox ölkə tərəfindən qəbul edilmədi.



Әlaqәli Xәbәrlәr