Tarixdə bu gün: 19 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1378472
Tarixdə bu gün: 19 mart

***

  1866-ci ilin 19 martında Osmanlı hökuməti Süveyş kanalının açılmasına icazə verdi.

***

  1883-ci ildə amerikalı ayaqqabı ustası Yan Ernst Matseliqer (Jan Ernst Matzeliger) ayaqqabını birdəfəyə emal edən ilk maşını icad edərək ayaqqabı sənayesində inqilab yaratdı.  

***

 

 

 

  19 mart 1920-ci ildə İstanbulun Antanta İttifaqı hərbi qüvvələri tərəfindən işğalı ilə əlaqədar Heyəti-Təmsiliyənin sədri Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisinin Ankarada toplanacağı ilə bağlı ölkənin hər yerinə məlumat göndərdi.

 

 

 

 

 

***

 

 

  İkinci Dünya Müharibəsinin sonuna yaxın - 19 mart 1945-ci ildə Stalin bir nota ilə 1925-ci il tarixli Türkiyə-Sovet Dostluq və Bitərəflik Müqaviləsini yeniləməyəcəyini bildirdi. Amma daha sonra SSRİ hökuməti göndərdiyi rəsmi məktublarla Türkiyədən Qars, Ərdahan və Artvin ilə Çanaqqala və İstanbul boğazlarında hərbi baza yaratmaq istədi.

 

 

 

***

  2011-ci ilin 19 martından Liviyada Muammər Qəddafiyə qarşı başlanan qiyamlar bütün ölkəyə yayılınca ABŞ, İngiltərə və Fransa birləşmiş hərbi koalisiya qüvvələri Qəddafi hökumətinə qarşı hava hücumlarına başladı.

***

19 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məhşur macar türkoloqu, dilçi, etnoqraf və səyyah Armini Vamberi ( Ármin Vámbéry) 1832-ci ilin bu günü anadan olub.

  Budapeşt universitetinin professor olmuş Vamberi 20-dən çox Avropa və Şərq dilini bilirdi.

  Uzun müddət Şərq ölkələrində səyahətdə olan alim “Cığatay dilinin tədqiqi”, “Uyğur dili abidələri”, “Qutatqu bilik”, “Türk dillərinin etimoloji tədqiqi” və bir çox dilə tərcümə olunan “Orta Asiyaya səyahət” əsərlərinin müəllifidir. Onun “Əmir Teymur” əsəri Azərbaycan dilinə də tərcümə olunub. (1832-1913)

***

  19 mart Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturqu Nəriman Nərimanovun xatirə günüdür. (O, 1870-ci ildə anadan olub.)

  XIX əsrin sonlarında “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” və başqa əsərlər yazıb.

  1908-ci ildə Odessa Universitetinin Tibb fakültəsini bitirərək Bakıya gəlib, həkimlik və maarifçilik fəaliyyəti göstərib.

  1920-ci ilin 20 aprel çevrilişindən sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışıb. Bir müddət sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib.

  Nəriman Nərimanov 1925-ci ildə Moskvada vəfat edib və orada dəfn olunub. (1870-1925)

***



Әlaqәli Xәbәrlәr