Tarixdə bu gün: 18 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1378455
Tarixdə bu gün: 18 mart

***

  İstanbulu işğal etmək və Osmanlı imperiyasını Birinci Dünya Müharibəsindən kənarda saxlamaq üçünAntanta İttifaqı dövlətləri 1915-ci ildə Çanaqqala boğazını keçməyə çalışdı, ancaq müvəffəq ola bilmədilər: İngiltərə və Fransanın Birləşmiş Dəniz Donanması ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti 18 martda zəfərlə nəticələndi. Bu gün tarixə “18 mart dəniz döyüşü” olaraq düşdü.

  Türkiyə ordusu birləşmiş ittifaq ordusunun 3 zirehli gəmisini batırdı, 4 zirehli gəmiyə isə ağır zərbə vuraraq onların döyüş gücünü məhv etdi.

  Antanta dövlətləri Çanaqqala boğazını donanma ilə keçə bilməyəcəklərini görüncə quru ordusu ilə Gelibolu yarımadasını işğal üçün 25 apreldə adaya yönəldilər.

  Qeyd edək ki, Çanaqqala savaşı Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1915-ci ildə Anadolunun Gelibolu yarımadası uğrunda dəniz, quru və hava müharibələri idi.

***

  1949-cu ilin bu günü NATO quruldu.

  Nato 1949-cu ildə Vaşinqton Müqaviləsinin imzalanması ilə təşkil edilmiş hökumətlərarası müdafiə təşkilatıdır.

  Hazırda NATO-nun Şimali Amerikadan 2 və Avropadan 26 üzv dövləti vardır.

  NATO-nun qurulduğu ilk gündən əsas məqsədi kommunizmin qarşısını almaq olsa da, Şərq Bloku və Sovet İttifaqı dağıldıqdan sonra belə fəaliyyətini dayandırmadı. Ortaya çıxan yeni çağırışlara qarşı yeni məqsədlər yaradan NATO Şərqə doğru genişlənir, üzvlərinin sayını artırır və digər qonşu bölgələrdə yerləşən dövlətlərlə də müxtəlif səviyyələrdə əməkdaşlıq proqramları həyata keçirir.

***

 

 

  Əlcəzair Milli Qurtuluş Cəbhəsinin 1954-ci ildən başladığı qiyam və vətəndaş müharibəsinə çevrilən qırğınlar dayanmaq bilmədi və nəticədə 8 il ərzində təxminən 1,5 milyon əlcəzairli həyatını itirdi. Sonda Fransa yerli etirazçılarla barışmaq məcburiyyətində qaldı və 18 mart 1962-ci ildə əlcəzairlilərin soyqırımına son qoydu.

 

 

 

***

  1965-ci il martın 18-də sovet kosmonavtı Aleksey Leonov “Vosxod-2” gəmisindən ilk dəfə olaraqaçıq kosmosa çıxdı və 20 dəqiqə hava boşluğunda qaldı.

***

 

 

 

  18 mart 1992-ci ildə Cənub Afrikada qara dərililərə ağlarla bərabər hüquq verən konstitusiya dəyişikliyi yalnız ağların iştirakı ilə keçirilən referendumla qəbul edildi.

 

 

 

 

***

  18 mart 2010-cu ildə TRT-nin xəbər kanalı – TRT Haber yayım həyatına başladı.

***

18 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Azərbaycanın məhşur xanəndəsi Xan Şuşinskinin xatirə günüdür.

  1901-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olan Xan müstəsna istedadı, geniş diapazonlu gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmışdı.

  O, Azərbaycan muğamlarını zənginləşdirərək yeni xallar və şöbələr artırıb. “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və başqa mahnıların müəllifi olan Xan Şuşinski həm də Azərbaycan Dövlət Filarmoniyasının solisti (1939) idi.

  Görkəmli xanəndə 1979-cu ilin bu günü 78 yaşında dünyasını dəyişib. (1901-1979)

***

  Güney Azərbaycanlı jurnalist və ədəbiyyat tədqiqatçısı Həmid Məmmədzadə1924-cü ilin 18 martında Şərqin qədim mədəniyyət beşiyi olan Təbriz şəhərində dünyaya göz açıb və ilk təhsilini də buradakı məktəblərdə alıb.

  H.Məmmədzadə ilk məqalələrini Təbrizdə "Azad millət", "Cavanlar" qəzetlərində (1946) çap etdirib.

  1946-cı ildə 21 Azərhərəkatının xəyanətə uğraması nəticəsində o, bir çox döyüş və mübarizə dostları kimi Bakıya köçməli oldu. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını bitirdi.  

  “İnqilabçı, junralist, yazıçı Pişəvəri: həyatı, mühiti, yaradıcılığı”, “Axundov və Şərq” mövzularında dissertasiyaların müəllifi olan Həmid Məmmədzadə M.F.Axundov, Əlişir Nəvai, Hafiz Şirazi, Şəhriyar, Mirzə Ağa Təbrizi, M.Ş.Vazeh və başqalarının ədəbi yaradıcılığına aid də çox dəyərli sənədləri aşkara çıxaran alim olaraq tanınır. Onun M.T.Zehtabi, Rza Qazi, Əbülfəz Hüseyni, Əli Tudə və başqaları ilə yazışmaları var.

  Həmid Məmmədzadənin "M.F.Axundov və Şərq", "Məşrutə inqilabi ərəfəsində və dövründə İran ədəbiyyatı", "Bahar Şirvani", "Seyid Cəfər Pişəvəri", "Təbriz xatirələri" və s. əsərləri, bədii yaradıcılıq nümunələri olan "Fədai" povesti, "Şimal hekayələri", "Oğurlanmış abidə", "Təbriz təbəssümü", "Azadlıq həsrəti" və s. hekayələri bu gün də öz aktuallığını saxlayır, maraqla oxunur, tədqiq edilir.

***

  18 mart Türkiyə kinosunun tanınmış aktyoru Sadri Alışıkın xatirə günüdür. 

  1925-ci ilin 5 martında İstanbulda anadan olan Sadrinin əsl adı Sadrettin olmasına baxmayaraq, anası Saffet xanım və atası Rafet Kapitan onu həmişə “Sadri” çağırırdılar.

  Sadrinin aktyorluq istedadı özünü uşaq yaşlarından göstərib: çox kiçik yaşlarından pyeslər hazırlayıb məhəllə yoldaşlarına rolları bölürdü. Naşid Özcan Teatrını izlədikdən sonra isə teatra olan həvəsi daha da artdı. Hələ 3-cü sinifdə ikən məktəbdə hazırlanan tamaşada ilk rolunu aldı. İstanbul Kişi Liseyində oxuduğu illərdə Cağaloğlu Xalq Evinə teatra getdi. O illərdə həm də Gözəl Sənətlər Akademiyasının Rəsm bölümündə oxudu. 

  Rəsm və teatr fəaliyyəti onu kinoya da gətirdi. Aktyorun oynadığı film “Günahsızlar” (1945) oldu. Şöhrət pillələrilə sürətlə irəliləyən Sadri Alışık 38 illik həyat yoldaşı Çolpan İlhanı da kinoda (“Təklər sahili” (1959) tapıb. (Evlənəndən bir neçə il sonra oğlu Kərəm Alış dünyaya gəlib.)

  Sadri Alışık ən yaxşı dostu Ayxan İşığın ölümündən sonra özünü tamamilə içkiyə verdi. Qaraciyər çatışmazlığından Amerikaya getdi, orada türk doktor Münci Kalayoğlu tərəfindən əməliyyat olundu, sağaldı, sənət həyatını televiziyada davam etdirdi.

  500-dən çox filmdə oynamış Sadri Alışık 1995-ci ilin bu günü dünyadan köçüb. (1925-1995)

***



Әlaqәli Xәbәrlәr