Tarixdə bu gün: 8 mart
Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

***
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür, tarixi 1857-ci ilə gedib çıxır.
Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan 40 min qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz tətili günlərindən qəbul edilir. Polis bu tətilə sərt cavab verdi: fabrikdə kilidli qalan 129 fəhlə qadın çıxan yanğında həyatını itirdi.
Təxminən yarım əsr sonra - 1908-ci ildə Nyu-Yorkda 15.000 qadın qısa çalışma saatı, yaxşı maaş və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə yaxşı həyat tərzini ifadə edirdi.
1909-cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd etməyə başladılar.
1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra) Danimarkanın Kopenhagen şəhərində keçirilən Beynəlxalq Sosialist Qadınlar Qurultayında Klara Setkin (Clara Zetkin) adlı alman sosialist qadını 1857-ci ilin 8 martında Amerikada Nyu-Yorkda yandırılaraq öldürülən 129 qadının başladığı mübarizənin qadın hüquqlarının genişləndirilməsi, qadın həmrəyliyinin simvolu olaraq qəbul edilməsi üçün hər il 8 martın Beynəlxalq Çalışan Qadınlar Günü kimi qeyd olunmasını təklif etdi və müsbət qarşılandı. Amma bu gün bütün dünyada Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsinin qəbul və təsdiqindən sonra yerini qazandı. Beləliklə, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması bu tarixdən başlandı.
***
1906-cı ilin 8 martında Moro Krateri qətliamı baş verdi.
Amerika Birləşmiş Ştatları 1898-ci ildə İspaniya ilə müqavilə bağlayaraq 20 milyon dollar qarşılığında Filippini satın aldı, ancaq xalq buna qarşı etiraza qalxdı.
1902-ci ildə dövrün ABŞ prezidenti Teodor Ruzvelt (Theodore Roosevelt) Filippin müharibəsinin sona çatdığını, amma bunun Moro xalqına aid olmadığını bildirdi. Onun əmrilə Amerika əsgərləri Moro kraterində gizlənmiş, aralarında qadın və uşaqların da olduğu 600 müsəlman filippinlini qətl etdi.
***
8 mart 1955-ci ildə Türkiyənin ilk xərçənglə mübarizə dispanseri açıldı.
***
8 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1403-cü ilin bu günü Osmanlı sultanı Yıldırım Bəyazid həyatdan köçüb.
Bəyazidin başçılıq etdiyi osmanlı qoşunları Balkan yarımadası və Anadolu ərazisinin xeyli hissəsini ələ keçirmiş, səlibçilərin ən güclü ordularını dağıtmışdı. Lakin 1402-ci ildə Əmir Teymurla döyüşdə Yıldırım Bəyazid məğlub oldu və əsir düşdü. Osmanlı sultanı 1403-cü ilin 8 martında əsirlikdə 43 yaşında vəfat etdi. (1360-1403)
***
1944-cü ilin bu günü yumoristik əsərlərin müəllifi, tanınmış Türkiyə yazıçısı və jurnalisti Hüseyn Rahmi Gürpınar dünyasını dəyişib.
***
8 mart Azərbaycan yazıçısı və kinossenaristi Həsən Seyidbəylinin xatirə günüdür.
1920-ci ildə Bakıda doğulan Həsən Moskva Kino İnstitutunun rejissorluq fakültəsini bitirib. Vətənə döndükdən sonra uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib, sonra Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri olub.
20-dən çox kitabın, o cümlədən, İmran Qasımovla qəhrəman Mehdi Hüseynzadə haqqında yazdığı “Uzaq sahillərdə” romanının həmmüəllifi, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və digər məhşur Azərbaycan filmlərinin rejissorudur. (1920-1980)
***
8 mart 1948-ci tapdığı bir dəri xəstəliyi ilə dünya tibb tarixinə "Behcət xəstəliyi”nin müəllifi kimi daxil olan türkiyəli, dəri və zöhrəvi xəstəliklər üzrə akademik və professor Hulusi Behcət İstanbulda həyatını itirib.
***
Әlaqәli Xәbәrlәr

Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə başlayıb
Macarıstan parlamentində İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sessiya keçirilib.